BolgeXeber.Com » Dünya » Dünya ölkələri 8 martı necə qeyd edir?

Dünya ölkələri 8 martı necə qeyd edir?

8-03-2013, 08:05
Oxunub: 3 607 8 Mart Beynəlxalq qadınlar gününün bütün dünyada bayram olduğunu bilirik. Bəs görək, bu bayram dünyanın müxtəlif xalqları tərəfindən necə qeyd olunur?
Fransa
Fransada bu bayram bir o qədər də geniş şəkildə qeyd edilmir. Düzdür, hər kəs 8 martda xanımları təbrik edir, ancaq bu təbrik elə təbrik xətrinə edilən jestdən başqa bir şey deyil. Adı çəkilən ölkədə bu bayramı, əsasən, kommunistlər və solçular qeyd edir. Fransız xanımları üçün əsl qadın bayramı mayda baş verir ki, bu da "Analar günü" adı altında qeyd edilir.
İtaliya
İtaliyada 8 Mart günü kişilərsiz qeyd olunur. Bayramın əsas özəlliyi ondan ibarətdir ki, qadınlar toplaşaraq, kafe və restoranlara gedir və ürəkləri istədikləri qədər əylənirlər. Həmin günü ölkədə rəsmi iş günü olduğuna görə, qadınlar ancaq axşam-işdən sonra görüşmək imkanına malik olurlar. Deyilənə görə, həmin gün İtaliyada heç bir xanıma restoran və bar tərəfindən səs-küy qaldırdıqları üçün cərimə edilmir.
Almaniya
Bu gün Almaniyada da İtaliyada olduğu kimi qeyri iş günü deyil. Əsasən ölkənin şərq hissəndə yerləşən şəhərlər bayramı qeyd edirlər.
Litva
Litvada 8 mart günü ümumiyyətlə, çox az qeyd edilir. Ölkənin əsas etibarı ilə rus dilli əhalisi tərəfindən qeyd edilir. Litva başqa dövlətlərdən fərqli olaraq ümumiyyətlə analar və qadınlar gününü qeyd etmir
Vyetnam
8 Mart gününü ən təntənəli formada qeyd edən ölkələr sırasında Vyetnam birinci sıralardadır. Belə ki, Vyetnamda bu günün qədim tarixi var. Vyetnam xalqı 8 martı Çınq bacılarının şərəfinə qeyd edirlər. Uzun illər əvvəl, Çınq bacıları çinlilərə əsir düşməmək üçün özlərini çaya ataraq qəhrəmanlıq göstərmiş və adlarını tarixə yazdırıblar. 8 Mart hər il Vyetnamda özəl olaraq qeyd edilir və həmin gün ölkədə qeyri-iş günü hesab olunur.
Yaponiya
Yaponiyada mart ayında xanımların 2 bayramı var. Bunlardan biri "şaftalı çiçəkləndiyi gün" yəni, 8 mart günü, digəri isə 14 martda qeyd edilir. Adı çəkilən bayramlardan birincisində bütün xanımlar hədiyyə alsa da, ikincisində, adətən sevgililəri olan xanımlara hədiyyə verilir.
Rusiya
8 Martın özəl qeyd olunduğu ölkələrdən biri də Rusiyadır. Bu bayram Rusiyada qeyri-iş günü hesab edilir və balacadan tutmuş, böyüyə kimi bütün xanımlara xoş sözlər, hədiyyələr verilir.
Bayramınız mübarək, əziz xanımlar!