Eyni kişini paylaşan ƏKİZLƏR: "Birlikdə yatırıq, amma..." - FOTO
29-12-2018, 11:21
Oxunub: 4 483
Avstraliyada yaşayan Anna və Lusi De Cinque adlı əkiz bacılar eyni şəxslə evlənməyə qərar veriblər.
Bolgexeber.com xəbər verir ki, özlərini "dünyanın ən çox bir-birinə bənzəyən əkizi" adlandıran 33 yaşlı bacılar 6 ildir Ben adlı eyni kişi ilə görüşürlər.
Onlar artıq evlənməyə hazır olduqlarını bildirsələr də, ölkənin evlilik qanunları çoxarvadlılığa icazə vermir.
Avstraliya televiziyasına müsahibə verən əkizlər onların evliliyinə icazə verilməsini istəyir: "Biz eyni partnyoru paylaşırıq və bir gün onunla evlənmək istəyirik. Amma Avstraliyada qanunlar buna "yox" deyir. Bəs biz nə edəcəyik? Ben bizə bərabər münasibət göstərir. Birimizi öpürsə, dərhal digərimizi də öpür. Çöldə ikimizin də əlini tutur. Biz onunla birlikdə yatırıq. Amma birlikdə cinsi əlaqəyə girmirik. Çox insan münasibətlərimizin iyrənc olduğunu deyir, amma bu, bizim işimizə yarayır".
Qeyd edək ki, Avstraliyada bir neçə nəfərin bir-birilə evlənməsi 1961-ci ildə qəbul edilən evlilik qanunlarına görə qadağan olunub. (publika.az)





Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər