İnsanlar həyatının üçdə birini internetdə keçirir
2-02-2019, 10:06
Oxunub: 3 825
"Hootsuite" və "We Are Social" ekspertləri 2018-ci ilin yekununa görə internetin inkişafı və onun həyatımızdakı rolunu qiymətləndirib
Orta statistik istifadəçi internetdə 6 saat 42 dəqiqə vaxt keçirir. Bu o deməkdir ki, insanlar həyatının üçdə birini internetdə keçirir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Rusiyada orta göstərici 6 saat 29 dəqiqə təşkil edir. Filippinlilər isə internetdə 10 saatdan çox vaxt keçirir. Həmçinin Braziliya, Tailand və Kolumbiya sakinləri internetdə 9 saatdan çox vaxt keçirirlər.
Reytinqin son pilləsində Yaponiya qərarlaşıb. Bu ölkədə insanlar internetdə 4 saatdan az vaxt keçirir. Avropanın bir sıra zəngin ölkələrində bu göstərici 5-6 saat təşkil edir.
Afrika ölkələrində isə internet istifadəçilərinin sayı yüksək templə artır. Ekspertlər bunu ucuz və ya hətta ödənişsiz internetin təmini üçün çoxsaylı təşəbbüslərin olması ilə izah edirlər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər