Macarıstanın baş naziri qadınlara səsləndi: 4 uşaq doğsanız...
12-02-2019, 13:00
Oxunub: 4 220
Macarıstanın baş naziri Viktor Orban dörd və ya daha çox uşaq dünyaya gətirən qadınların ömür boyu vergidən azad olunacaqlarını açıqlayıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Macarıstanda doğum faizinin artırılması məqsədilə bu addımı atdıqlarını deyən baş nazir beləliklə ölkənin gələcəyinin miqrantların ümidinə qalmayacağını bildirib.
Bundan başqa Macarıstanda 3 uşaqlı gənc ailələrə 36 min dollar da kredit veriləcək.
Doğum faizinin düşməsi səbəbindən ümidin miqrantlara qaldığını deyən Orban ölkənin rəqəmlərə deyil macar uşaqlarına ehtiyacı olduğunu bildirib.
Hökumətin planları arasında yaxın gələcəkdə 21 min doğum evinin açılması, ölkənin səhiyyəsinə əlavə olaraq 2,5 milyard dollar xərclənməsi, evlərin verilməsi və 7 nəfərlik ailə avtomobili alınması üçün dövlət dəstəyinin göstərilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, Macarıstanda əhalinin sayı hər il 32 min nəfər azalır. Avropada bir qadının həyatı boyu dünyaya gətirdiyi uşaq sayı ortalama 1,58-dirsə. Macarıstanda bu rəqəm 1,45-dir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər