BolgeXeber.Com » Dünya » Dünya ərzaq qıtlığı astanasında

Dünya ərzaq qıtlığı astanasında

22-02-2019, 10:41
Oxunub: 3 913 Dünya ərzaq qıtlığı astanasındaİnsanların əsas qida mənbəyi olan bitkilər, meyvə-tərəvəz və mikroorqanizmlərlər kəskin sürətlə azalmaqdadır.

BBC-nin məlumatına görə, bu barədə BMT-nin son hesabatında deyilir.

Hesabata görə, torpaqların deqredasiyası, hava və su çirklənməsi, iqlim dəyişiklikləri biomüxtəlifliyin pisləşməsinə gətirib çıxarır.

Alimlərin fikrincə, təhlükədə olan heyvan və bitki növlərinin qorunması üzrə müxtəlif dövlətlər səviyyəsində tədbirlər görülsə də, bu, ürəkaçan deyil.



Hesabatı hazırlayan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı araşdırma zamanı 91 ölkədən məlumat toplayıb.

Biomüxtəliflik nədir və onun ərzaq və kənd təsərrüfatına nə kimi təsirləri var?

“Bioloji müxtəliflik” bir bölgənin genləri, növləri və ekosistemlərinin məcmusu olaraq tanınır. Sadə dillə desək, müəyyən bölgədə olan bütün canlı orqanizmləri əhatə edən müəyyən ekosistem həyat formalarının dəyişməsidir.

Bura bizi qida, yanacaq və geyimlə təmin edən bütün bitkilər, heyvanlar (vəhşi və ya əhilləşdirilmiş) və digər növlər daxildir.

Qida zəncirində mühüm rol oynayan həşəratlar və mikroorqanizmlər də bu qəbildəndir: arılardan və digər tozlandırıcılardan tutmuş ən adi soxulcanlara kimi, suyu təmizləyən dəniz yosunlarından tutmuş meşə göbələklərinə kimi.



Bu hesabat nə üçün vacibdir?

“Dünyanın Ərzaq və Kənd Təsərrüfatı üçün biomüxtəlifliyin vəziyyəti” adlı hesabat iki vacib məsələyə diqqət çəkir.

Birincisi, dünya əhalisinin sürətlə artması fonunda ərzaq ehtiyatlarının azalması (2050-ci ilə kimi dünya əhalisinin 10 milyarda çatacağı proqnozlaşdırılır).

İkincisi, qida təminatı və kənd təsərrüfatında vacib rol oynayan növlərin populyasiyasının təhlükədə olması və ya azalmasıdır. Hesablamalara görə, hazırda dünya əhalisinin zəruri qida mənbəyi sayılan minə yaxın bitki, balıq və məməli heyvan növünün sayı əhəmiyyətli dərəcədə azalmaqdadır.