Dünyanın ən böyük arısı
23-02-2019, 14:28
Oxunub: 4 223
İndoneziyanın çox az öyrənilən adalarından birində nəhəng Uolles (Megachile pluto) arısı tapılıb
Həmin arının nəslinin 38 il əvvəl məhv olduğu güman edilirdi.
Bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Tapılan arının adi Avropa arısından dörd dəfə böyük olduğu bildirilir.
Qeyd edilir ki, bioloqlar qrupu yeganə sağ qalmış dişi arını termitlərin yaşadığı yuvada, yerdən iki metr hündürlükdə aşkar ediblər.
Böyük insanın barmağı boyda olan bu nəhəng Uolles arısı avropalı həmcinslərindən fərqli olaraq tək yaşamağa üstünlük verir.
Britaniyalı naturalist və tədqiqatçı Alfred Rassel Uollesin şərəfinə adlandırılan bu həşərat ilk dəfə 1858-ci ildə fotoqraf Kley Bolt tərəfindən aşkar edilib. Həmin vaxt K.Bolt onu “maral böcəyini xatırladan çənəyə malik böyük, qara arıyabənzər həşərat” kimi təsvir edib. Həmin arı növü son dəfə 1981-ci ildə İndoneziyada amerikalı entomoloq Adam Messer tərəfindən qeydə alınıb.
Uolles arısının həyat tərzi barədə onun tək və suyadavamlı qatranla örtülü termit yuvalarında yaşamasından əlavə demək olar ki, heç nə məlum deyil.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər