BolgeXeber.Com » Dünya » Venesuelada iğtişaşlar zamanı 25 nəfər ölüb

Venesuelada iğtişaşlar zamanı 25 nəfər ölüb

25-02-2019, 09:34
Oxunub: 2 942 Venesuelada iğtişaşlar zamanı 25 nəfər ölübVenesuelanın Bolivar ştatında fevralın 23-də baş vermiş iğtişaş zamanı 25 nəfərdən çox insan ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu deputat Romel Qusaman deyib.

"Fevralın 23-də Santa-Elena-de-Uayren rayonunda 25-dən çox adam ölüb", - deyə o bildirib.

Deputatın sözlərinə görə, mülki əhalinin etirazlarının yatırılmasında Milli Qvardiya döyüşçülərinin uniformasını geyinən dustaqlar iştirak ediblər.