Erməninin arvadı ərinin qətlini azərbaycanlıya sifariş edib
2-03-2019, 14:56
Oxunub: 6 301
Ötən gün Rusiyanın Ulyanovsk şəhərində andlılar məhkəməsi çoxdandır davam edən səs-küylü məhkəmə işi üzrə yekun qərar çıxarıb
Bu hökmə əsasən erməni biznesmen Amiran Aloyanın arvadı Lidiya Süleymanovanın (Aloyan) sifarişi ilə Azərbaycan vətəndaşı Sahib İbrahimov tərəfindən güllələndiyi sübut olunur.
2014-cü il oktyabrın 8-də erməni sahibkar (milliyətcə əslində yezidi kürdü olduğu ehtimal edilir) Amiran Aloyanı Ulyanovsk vilayətinin Dimitrovqrad şəhərində, Svirsk küçəsindəki evinin qarşısında arvadının və böyük qızının gözləri önündə tüfənglə güllələyiblər.
İstintaqın versiyasına görə, bu qətli Aloyanın arvadı Lidiya sifariş etmişdi və Amirana məxsus çörək sexində işləyən azərbaycanlı Sahib İbrahimova 500 min rubl, 16 kalibrli ov tüfəngi verərək ondan ərini öldürməi istəmişdi. Habelə istintaqın gedişində məlum olmuşdu ki, Sahiblə Lidiya arasında intim münasibətlər də olub.
S.İbrahimov həbs edildikdən sonra müstəntiqlərə bütün təfərrüatları danışıb və sifarişi kimin verdiyini deyib. Amma daha sonra ifadələrindən imtina edib. 2018-ci ilin mayında Ulyanovsk vilayət məhkəməsi İbrahimova və Lidiya Aloyana bəraət verib. İbrahimov bu hökmdən sonra Rusiyanı tərk edib.
Amma prokurorluq hökmdən Rusiya Ali Məhkəməsinə protest verib və işə yenidən baxılıb. Nəhayət andlılar məhkəməsi Süleymanovanın və İbrahimovun Aloyanın qətlində günahkar olduqlarıbı təsdiqlənib. Süleymanova təcridxanaya göndərilib, İbrahimovun barəsində isə axtarışın elan olunacağı bildirilir.(Virtualaz.org)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər