Dünyada 113 milyondan çox insan kəskin aclıqdan əziyyət çəkir
3-04-2019, 13:41
Oxunub: 5 059
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) müharibələr və iqlim dəyişikliyinin səbəb olduğu fəlakətlərə görə 53 ölkədə 113 milyondan çox insanın kəskin aclıqla mübarizə apardığını açıqlayıb.
"Report" xəbər verir ki, FAO-nun ərzaq böhranına dair hazırladığı 2019-cu il qlobal hesabatına görə, dünya əhalisinin üçdə ikisi aclıq təhlükəsinə məruz qalır.
Bu insanların əksəriyyəti Yəmən, Demokratik Konqo Respublikası, Əfqanıstan və Suriya kimi, müharibə ilə üzləşən ölkələrdə yaşayır.
Afrika ölkələri də FAO-ya görə bu problemdən nisbətsiz bir şəkildə təsirlənir. Qitədəki təxminən 72 milyon insan kəskin aclıqla yaşayır. Hesabata görə, qarşıdurmalar və təhlükəsizlik bunun əsas səbəbləri olsa da, iqtisadi silkələnmə və iqlim dəyişikliyinə bağlı quraqlıq və sel kimi, faktlar da mühüm dərəcədə təsir göstərir.
FAO-nun fövqəladə hallar üzrə direktoru Dominik Burgeon deyib ki, qıtlığın sərhədində olan ölkələrdə əhalinin təxminən 80%-i əkinçiliklə məşğuldur. O, bu ölkələrin həm təcili humanitar yardıma, həm də kənd təsərrüfatını dəstəkləməyə kömək edəcək tədbirlərə ehtiyacı olduğunu bildirib. Direktor Venesuelada davam edən siyasi böhrana da diqqət çəkərək, yarana biləcək bir ərzaq böhranı barədə xəbərdarlıq edib.
Hesabat qlobal səviyyədə aclıqla bağlı çox az bir yaxşılaşma olduğunu da göstərir. Belə ki, 2017-ci ildə 124 milyon insan kəskin aclığa məruz qalmışdır, hesabat bu rəqəmin az da olsa azaldığını göstərir.
Ancaq FAO yenə də davam edən böhranlar nəzərə alındıqda 100 milyon insanın aclıqla üzləşdiyinə dair illərdir davam edən vəziyyətin dəyişməsinin mümkünsüz olması barədə xəbərdarlıq edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər