Tarixdə ilk dəfə qara dəliyin fotoşəkli dərc olunub – Foto
11-04-2019, 18:59
Oxunub: 4 522
Avropa Cənub Rəsədxanasının alimləri ilk dəfə Süd Yolunun mərkəzində yerləşən qara dəliyin üfüqdə görünən tərəfini göstəriblər
Alimlər “Event Horizon Telescope” qlobal teleskop şəbəkəsi tərəfindən hazırlanan işin nəticəsi ilə bağlı Avropa Komissiyası və Avropa Tədqiqat Şurasının mətbuat konfransında məlumat veriblər.
Tədqiqatçılar qara dəliyin “kölgə”sinin görüntüsünü əldə ediblər – üfüq hadisələrinə uyğun görünən radiasiya fonunda qara sahə. Bu obyekt Yerdən 26 min işıq ili məsafəsində Oxatan bürcündə yerləşir.
Qara dəlik hər hansı bir cismin güclü sıxılmasından əmələ gələn obyektdir. Qara dəliklərin görünməmə səbəbi isə odur ki, onlar həddən artıq güclü qravitasiya qüvvəsinə sahibdirlər. Hətta işiq belə ordan çıxa bilmir. O, işığı da özünə cəzb edib saxlayır.
Qara dəliyin yaranma səbəbi isə ulduzların müəyyən bir vaxtdan sonra enerjisini bitirməsi və cırtdanlaşmasıdır. Bu hadisə bir növ partlayış kimi başa düşülə bilər. Geridə qalan güclü sıxlığa malik qalıq isə qara dəlikdir. Yəni, udluz “ölür” və qara dəlik yaranır.
“Event Horizon Telescope”a bütün dünya üzrə səkkiz rəsədxana daxildir. Astronom Maykl Bremerin sözlərinə görə, onlar hamısı diametri 10 min kilometr olan bir teleskop kimi fəaliyyət göstərir. (Oxu.az)
Paylaş:
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər