BolgeXeber.Com » Dünya » 36 dəqiqədə 54 milyon qazanacaq - VİDEO

36 dəqiqədə 54 milyon qazanacaq - VİDEO

4-05-2019, 13:45
Oxunub: 3 370 36 dəqiqədə 54 milyon qazanacaq - VİDEOBu bazar günü ABŞ-ın Las Veqas şəhərində WBC-WBA-IBF orta-ağır (72.5 kq) çəki dərəcəsi üzvü ünvan birləşdirmə döyüşü keçiriləcək


Bakı vaxtı ilə saat 06.00-da başlayacaq döyüşdə iki çempion boksçu meksikalı Saul Kanelo Alvares və amerikalı Daniel Yakobs qarşı-qarşıya gələcək.

28 yaşlı Kanelo bundan əvvəl 11 döyüş üçün 365 milyon dollarlıq müqavilə imzalayıb. Bu onun müqavilə çərçivəsində 2-ci döyüşü olacaq. İlk döyüşünü Rokki Fyeldinqə qarşı keçirən meksikalı boksçu ingilis rəqibini yenərək super-orta çəkidə çempion olmuşdu.

Maksimum 36 dəqiqə davam edə biləcək 12 raundluq döyüşdə onun minimum qazancı 35 milyon dollar (54,4 milyon manat) olacaq. 32 yaşlı Daniel Yakobs isə bu döyüqdən minimum 15 milyon dollar (25,5 milyon manat) qazana bilər.

20 minlik "T-Mobile Arena"da baş tutacaq döyüşün biletləri 105-1505 dollar aralığında satışa çıxarılıb və hamısı satılıb. Biletlərin qiyməti qara bazarda 6 min dollara yüksəlib.

Döyüşün rinq hakimi amerikalı Toni Veeks, xal hakimləri issə Dave Moretti, Qlenn Feldman və Stiv Veysfeld olacaq.