Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı keçirilib
20-05-2019, 16:01
Oxunub: 4 840
Ankara Cümhuriyyət Baş Prokurorluğu FETÖ-yə üzv olan və bu terror təşkilatına xidmət edən daha 249 nəfərin həbsi ilə bağlı sanksiya verib.
Bolgexeber.com Ankara Cümhuriyyət Baş Prokurorluğunun rəsmi saytına istinadən xəbər verir ki, təqsirləndirilən şəxslər 2010-2013-cü illərdə Daxili İşlər Nazirliyinə işə girmək məqsədi ilə test imtahanlarında saxtakarlıqdan bəhrələnənlərdir. Bildirilir ki, xarici dil fənlərinə aid imtahanın nəticələri bu şəxslərin xeyrinə saxtalaşdırılıb. Sanksiyaya əsasən, mayın 20-də ölkənin 42 vilayətində eyni vaxtda antiterror əməliyyatı keçirilib və polis sıralarında çalışan 78 nəfər həbs olunub.
Digər bir rəsmi məlumatda isə bildirilir ki, Türkiyə Silahlı Qüvvələrinin qırıcıları İraqın şimalında yerləşən Hakurk bölgəsindəki PKK düşərgələrinə dağıdıcı zərbələr endirib. Bundan başqa, bir neçə gün əvvəl təhlükəsilik qüvvələrinə təslim olan "Kava" ləqəbli Behrüz Düdükkanlu PKK terror təşkilatının Türkiyə ərazisindəki sığınacaq və silah anbarları barədə əhəmiyyətli məlumatlar verib. Bu informasiyalar əsasında, çoxlu sayda silah anbarı məhv edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər