"Fast-food" yeməklərin növbəti zərəri üzə çıxdı
24-06-2019, 10:23
Oxunub: 4 312
Avstraliya milli universitetinin bir qrup tədqiqatçısı yeni araşdırmanın nəticələrini açıqlayıb.
Bolgexeber.com ölkə.az-a istinadən bildirir ki, tədqiqata əsasən, fast-food qidalardan istifadə etmək beyini vaxtından əvvəl qocaldır. Bu barədə "MedicalXpress" saytı geniş məqalə dərc edib.
Tədqiqatçılar bildirirlər ki, qeyri-sağlam qida və fiziki hərəkətdən imtina etmək ikinci növ diabetin yaranması, koqnitiv funksiyaların pisləşməsinə səbəb olur. Bu isə ilk növbədə beyinin demensiyası və atrofiyası ilə nəticələnir. Qeyd edilir ki, insan orta yaş həddinə çatanda qeyri-sağlam qidaların zərəri artıq sağalmır. Beyinin vaxtından əvvəl qocalmasının qarşısını almaq üçün isə ən yaxşı üsul düzgün qidalanmadır. Tədqiqatçılar fast-food qidaları rasiondan tam çıxarmağı məsləhət görürlər.
Bundan başqa həkimlər və dietoloqlar müəyyən ediblər ki, "fast-food" insana artıq qidalandığını unutdurur, qadınlarda sonsuzluğa səbəb olur.
Qeyd edək ki, bir müddət əvvəl italyan allerqoloqları müəyyən ediblər ki, müntəzəm olaraq "fast-food" qəbul etmək orqanizmə elə maddələr toplayır ki, qida allergiyasının yaranmasına səbəb olur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər