BolgeXeber.Com » Dünya » Rusiyada 75 yaşlı qadının azərbaycanlı qıza qarşı görünməmiş xeyirxahlığı
Rusiyada 75 yaşlı qadının azərbaycanlı qıza qarşı görünməmiş xeyirxahlığı
7-04-2013, 18:20
Oxunub: 5 596
Rusiyada 75 yaşlı qadın iki ildir ki, ağır xəstə olan qızlarını müalicə etmək üçün Azərbaycandan köçüb gələn ailəyə kömək edir. Təqaüdçü qadın hər ay təqaüdünün böyük hissəsini onlara verir.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, azərbaycanlı ailənin 8 yaşlı qızı sinir sisteminin zədələnməsindən əziyyət çəkir. Qoca təqaüdçü qənaət edib yığdığı bütün pulları onlara xərcləyib. İndisə hər ay təqaüdünün böyük hissəsini xəstə uşağın valideynlərinə verir.
Naza Əliyeva mərkəzi sinir sisteminin ciddi patologiyasından əziyyət çəkir. Öz yaşına görə qız pis yeriyir və danışmır. Omsk həkimləri uşağa hələ də dəqiq diaqnoz qoya bilməyib. Həkimlər güman edir ki, Naza uşaq serebral iflici xəstəliyindən əziyyət çəkir.
75 yaşlı təqaüdçü Valentina Dmitrievna balaca qızla həyətdə, o, digər uşaqlardan kənarda anası ilə oynayarkən tanış olub. Təqaüdçü qıza yaxınlaşdıqdan sonra digər uşaqların onunla niyə oynamadıqlarının səbəbini anlayıb.
"Mən bütün qəlbimlə Nazaya kömək etmək istəyirəm. Onun necə əzab çəkdiyini görürəm. Bunu görmək mənə çox ağırdır. Onlara qazandıqları pul bəs etmir. Mən bu ailəyə kömək etməyə çalışıram. Ayda 12 min rubl təqaüd alıram və hər dəfə Nazaya 10 min rubl verirəm. Bütün pullar özəl klinikalarda analizlərə, masaja, üz-çənə mütəxəssisinə, dərmanlara gedir. Mənim ehtiyatda 100 min rubla yaxın pulum vardı, onu Nazanın loqopedlə məşğələsinə xərclədik", - deyə Valentina Dmitrievna bildirib.
Səhiyyə Nazirliyi Omskdan olan uşağın müalicəsi üçün kvota ayırmaqdan imtina edir. Eldar və Kəmalə Əliyeva Azərbaycandan olan miqrantlardır və 10 ildir ki, Rusiyada yaşayırlar. Lakin indiyə kimi onların vətəndaşlığı yoxdur. Əlbəttə, Nazaya əlillik statusu verilib, lakin Rusiya pasportu olmadığı üçün valideynləri sosial təqaüd ala bilmir. Səhiyyə Nazirliyindən balaca sibirli qızın çıxılmaz vəziyyətdə qaldığını təsdiqləyiblər.
"Səhiyyə və Sosial İnkişaf Nazirliyinin 28 dekabr 2011-ci il tarixli FZ N1689N saylı əmrinə əsasən, yalnız Rusiya vətəndaşları yüksək texnologiyalı tibbi xidmət almaq imkanına malikdir. Uşağın valideynləri genetik xəstəliyini aradan qaldırmaq üçün onu genetika şöbəsində yatırmaq istəyirlər. Ancaq bunu bizdə etmək mümkün deyil",- deyə Omsk vilayətinin Səhiyyə Nazirliyindən bildiriblər.
Təqaüdçü qadının nə əri, nə də uşaqları var. Valentina Dmitrievna 18 yaşında yetim qalıb. Ona görə də o, həyatın çətinliklərini öz təcrübəsindən bilir.
Naza onun üçün doğma övladı kimidir. Nənə öz "nəvəsini" nəvazişlə Nastenka adlandırır. Yaşlı qadın artıq bir neçə ildir ki, qızı himayəsinə götürüb və onun həyatında aktiv iştirak edir.
Mənəvi və maddi yardımdan başqa Valentina Dmitrievna müxtəlif instansiyalara müraciət edib, məmurlardan cavab almağa çalışıb, lakin cəhdləri nəticəsiz olub. Bundan sonra o, "Raduqa" uşaq xeyriyyə mərkəzinə üz tutub.
"Uşağa yüksək səviyyəli tibbi yardım göstərilməsi üçün o, Moskvaya - Rusiya Uşaq Kliniki Xəstəxanasının tibbi genetika şöbəsinə getməlidir. Bunun üçün 348 600 rubl tələb olunur. Eyni zamanda müalicə müddətində nəqliyyat, yaşayış, bahalı dərmanlar və s. üçün də xeyli pul lazımdır",- deyə "Raduqa" uşaq xeyriyyə mərkəzinin əməkdaşı Svetlana Poxolkova bildirib.
Lakin ailənin bu qədər pulu yoxdur. Nazanın atası tikintidə fəhlə işləyir, anası isə uşağa baxır. Yalnız bir il əvvəl onlar müvəqqəti yaşayış üçün icazə alıb. Hazırda Nazanın valideynləri yaşayış üçün vəsiqə almaqdan ötrü sənəd toplayırlar. Vətəndaşlıq almaq üçün hələ yarım il gözləmək lazım gələcək. O zaman Naza kvota almağa iddia edə bilər.
"Nənə (Valentina Dmitrievna-red) həmişə bizə kömək edib. Olub ki, gəlincik gətirib, yaxud kitab hədiyyə edib. Hətta kirayə pulunu ödəməyə kömək edib. Yarım il Nazanın müalicəsi üçün loqopedin pulunu ödəyib. Qızım heç ağzını da aça bilmirdi, indiisə səsi çıxır, hətta "ana" sözünü deməyə çalışır. Bəzi insanlar xaricilərlə heç danışmaq istəmir, ancaq nənə bizi atmadı. O, mənə doğma ana kimidir", - deyə uşağın anası Kəmalə Əliyeva bildirib.
Əmanət bankında kart hesabı - 4276450010996128
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər