BolgeXeber.Com » Dünya » “Youtube”-da prezident seçkisinə dair meyxana yayılıb -Video
“Youtube”-da prezident seçkisinə dair meyxana yayılıb -Video
8-04-2013, 08:45
Oxunub: 6 925Bu ilin oktyabr ayında ölkəmizdə keçiriləcək olan prezident seçkisinə meyxana yazılıb. “Youtube” da paylaşılan meyxananın "Demokratiya naminə incəsənət" (Art for democracy) kampaniyasi olaraq seçkidə vətəndaş fəallığının artırılması və seçkinin ədalətli, şəffaf keçirilməsi əhəmiyyətinin göstərilməsi üçün yazıldığı bildirilib. Azad və Ədalətli Seçkilərə Çağırış Meyxanası Hər dövlətin var ehtiyacı real seçkilərə Xalq gərək qatılsın hər zaman fəal seçkilərə Arzumdu seçkilərdə olmasın heç nöqsanlar Azad ölkəmizdə olmalıdı azad imkanlar Saxtakarlıq etməz ozünə arxayın insanlar Hər zaman verər təkan, verər macal seçkilərə Hər dövlətin var ehtiyacı real seçkilərə Xalq gərək qatılsın hər zaman fəal seçkilərə Azad olmaq elə nemətdir onun yox əvəzi Azadlıq üçün Vətən şərtdi, seçkilər tərəzi, Əgər Avropa Birliyi də ucaldarsa bizi Aktuallığla baxarlar aktual seçkilərə Hər dövlətin var ehtiyacı real seçkilərə Xalq gərək qatılsın hər zaman fəal seçkilərə Bu yolda yüz ölçəcək bir biçəcəkdir xalqım Bu çətin sınağı uğurnan keçəcəkdir xalqım Əlbəttə liderin azad seçəcəkdir xalqım Səsin azadlıgı verdikcə macal seçkilərə Hər dövlətin var ehtiyacı real seçkilərə Xalq gərək qatılsın hər zaman fəal seçkilərə Səsvermə ən böyük haqqındı bunu bilməlisən Hətta əlində yağın daşsa atıb gəlməlisən Layiqli insana səs verməli, dirçəlməlisən Əgər yanaşırsansa professional seçkilərə Hər dövlətin var ehtiyacı real seçkilərə Xalq gərək qatılsın hər zaman fəal seçkilərə Hər namizədin səs balansı, söz balansı olur Təki layiqli ola fərq eləməz hansı olur Bir halda ki illər sonra səs vermə şansı olur Bayram əhvalıyla getsin hər mahal seçkilərə Hər dövlətin var ehtiyacı real seçkilərə Xalq gərək qatılsın hər zaman fəal seçkilərə Bizim ərənlərimiz, ərlərimiz sözünü deyib Düşmənin bağrına bir ox batırıb qəddin əyib Bu millət halallıqnan qazanıb, halal yeyib Odur ki ehtiyac da duyur halal seçkilərə Hər dövlətin var ehtiyacı real seçkilərə Xalq gərək qatılsın hər zaman fəal seçkilərə