Malayziya kralının “Miss Moskva”dan boşanma səbəbi - Xəyanət
25-07-2019, 11:34
Oxunub: 3 951
Malayziyanın keçmiş kralı V Məhəmməd rus model Oksana Voevodina ilə 22 iyun tarixində boşanıb.
Oxu.Az rus KİV-inə istinadən xəbər verir ki, bu barədə keçmiş kralın vəkili məlumat verib.
Hüquqşünas 1 iyul tarixində dərc edilən boşanma barədə sənədi göstərib. Onun sözlərinə əsasən, V Məhəmməd üç dəfə “Talaq” (İslam dininə görə kişi ilə qadın arasında bağlanmış nigaha son vermə) kəlməsindən istifadə edib. Şəriət qanunlarına əsasən isə bu, geriyə dönüşü olmayan boşanma sayılır. İndi 49 yaşlı eks-monarx 26 yaşlı “Miss Moskva” ilə yenidən evlənə bilməz.
Bundan əlavə, hüquqşünas V Məhəmmədi inandırıb ki, Voevodina ona xəyanət edib. “Miss Moskva”nın rəfiqəsinin sözlərinə əsasən, rus gözəli uşağın atasının kimliyini sübut etmək üçün DNA testi etməyə hazırdır.
Qeyd edək ki, cütlüyün toyu 2018-ci ilin noyabrında baş tutub. Toydan sonra V Məhəmməd taxtdan imtina edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər