BolgeXeber.Com » Dünya » Məsut Özil və komanda yoldaşına Londonda bıçaqlı hücum - VİDEO

Məsut Özil və komanda yoldaşına Londonda bıçaqlı hücum - VİDEO

26-07-2019, 10:53
Oxunub: 2 729 Məsut Özil və komanda yoldaşına Londonda bıçaqlı hücum - VİDEO “Arsenal”ın futbolçusu Məsut Özil silahlı hücuma məruz qalıb

Hadisə Londonun şimalında baş verib. Türk əsilli yarımmüdafiəçi avtomobili ilə yol getdiyi zaman skuterdə olan bıçaqla silahlanmış dəstə ona hücum edib. Həmin vaxt maşında Məsutun yanında komanda yoldaşı Sead Kolaşinats olub.
Bu an Məsut yaxınlıqdakı tanışlarının çalışdığı “Likya” restoranına kömək istəyi ilə qaçıb. Kolaşinats isə avtomobilindən qaçaraq hücum edənlərlə davaya başlayıb. Həmin anların videosunu təsadüfi şahid lentə alıb. Daha sonra restoranın əməkdaşları futbolçuların köməyinə yetişib. Onlar cinayətkar dəstədən qurtulmaqda yardımçı olublar. Özil və Kolaşinats dava zamanı zərər görməyib.