Yaxın 10 ildə bəşəriyyəti hansı kəşflər gözləyir?
27-07-2019, 11:11
Oxunub: 5 124
Bu il Dünya İntellektual Mülkiyyət Təşkilatının (DİMT) məruzəsində əsas diqqət tibdə innovasiyalar məsələsinə cəlb olunub
Müəlliflər bildirirlər ki, bu sahədə hər hansı kəşf əhalinin geniş təbəqələrinin istifadəsinə verilməzdən əvvəl çoxsaylı instansiyalardan keçir.
Bolgexeber.com AZƏRTAC-a istinadən xəbər xəbər verir ki, bəzən həmin proses onilliklər boyu uzanır.
Ekspertlər hazırkı tədqiqatların nəticələrindən çıxış edərək hesab edirlər ki, hüceyrə biologiyasının inkişafı sayəsində yaxın onillikdə autoimmun xəstəliklərin, o cümlədən qırmızı qurdeşənəyinin, revmatoid artritin, səpələnmiş sklerozun və bir çox digər xəstəliklərin müalicəsində sıçrayış gözləmək olar. Həkimlərin xərçəng metastazlarının inkişafının qarşısını ala biləcəkləri istisna olunmur.
İndiki tədqiqatlar nevrologiya, Altsheymer xəstəliyinin və onurğa beyni travmalarının müalicəsində, habelə ağrıya qarşı mübarizədə kəşflərə gətirib çıxara bilər.
Xərçəngin immunoterapiyanın köməyi ilə müalicəsi sahəsində ümidverici tədqiqatlar aparılır. Gen mühəndisliyi genetik xəstəliklər problemini həll edə bilər. Məruzə müəllifləri qeyd edirlər ki, genomun redaktəsi etik xarakterli çoxsaylı problemlərlə bağlıdır və bəşəriyyət bu problemi həll etməlidir.
Çində və bir sıra digər ölkələrdə ağciyər xərçəngindən tutmuş diabetik retinopatiyaya qədər bir çox xəstəliklərin diaqnostikasında süni intellektdən uğurla istifadə olunur. Robot həkim üçün əhəmiyyətli olan müxtəlif tədqiqatların göstəricilərini hesablayır, xəstə orqanın şəkillərini çəkir. Pasiyent isə telefonundakı əlavənin köməyi ilə öz əlamətlərini tətbiq edir və diaqnoz alır.
Süni intellekt tibbi məlumatlarının toplanmasının, emalının və qorunub saxlanılmasının öhdəsindən uğurla gəlir, xəstəxana və poliklinikalarda idarəetmənin səmərəli olmasına, əhalinin maarifləndirilməsinə, habelə əczaçılıq sahəsində tədqiqatlar aparmağa kömək edir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər