Rusiyanın İrkutsk vilayətində dağıdıcı daşqınlar davam edir
1-08-2019, 11:03
Oxunub: 5 925
Yerli medianın iyulun 30-u verdiyi xəbərə görə, Rusiyanın İrkutsk vilayətində dağıdıcı daşqınlar zamanı çayların səviyyəsi daha bir metr qalxıb.
İrkutsk vilayətinin Tulun şəhəri artıq iyun ayında daşqınların birinci dalğasının təsirlərinə məruz qalıb. O zaman İya çayı 1101 sm qalxıb. Vəziyyətin daha da pisləşəcəyi gözlənilir.
Rusiyanın Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Tulun şəhərinə sakinlərin ilkin ehtiyaclarını qarşılamaq üçün çörək və su gətirib. Fövqəladə rəsmiləri son daşqının İrkutsk vilayətinin 20 şəhər və kəndinə təsir etdiyini deyib.
İyun ayında baş vermis daşqın zamanı 25 nəfər ölüb, 7 nəfər itkin düşüb, 39 min yerli əhalinin demək olar ki, hamısı daşqınların təsirinə məruz qalıb.
Yüzlərlə yaşayış məntəqəsi, 11 minə yaxın evi su basıb.
Tass xəbr agentliyinin verdiyi məlumata görə, ötən ay baş vermiş daşqının vurduğu ziyanın dəyəri 800 milyon rubl (12,6 milyon dollar) təşkil edir. Kənd təsərrüfatı 300 milyon rbl (4,7 milyon dollar) dəyərində itki ilə üzləşib ("Amerikanın səsi").
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər