BolgeXeber.Com » Dünya » Bu həftə meteor yağışı olacaq

Bu həftə meteor yağışı olacaq

1-08-2019, 17:44
Oxunub: 3 716 Bu həftə meteor yağışı olacaqBu həftə "Perseid" meteor axını baş verəcək.

"Report" xəbər verir ki, səma şousu 2-4 avqust tarixlərində başlayacaq və ayın 11, 12 və 13-də öz pik zirvəsinə çatacaq.

Kosmik hadisə səmada bir saat ərzində təxminən 60-70 sayda “düşən ulduz” kimi təzahür edəcək və Şimal yarımkürəsində aydın müşahidə ediləcək. Ötən illərdə isə bu rəqəm 200-ə bərabər olub.

Qeyd edək ki, "Perseid" meteor yağışı hər il yayın sonuna qədər müşahidə olunur.