Alimlər paket çayların təhlükəsindən danışdılar
28-09-2019, 10:24
Oxunub: 5 145
Kanadanın Makqilla Universitetinin tədqiqatçıları çay paketinin suya salındığı vaxtda milyardlarla mikro və nanoplastika hissəciklərinin ona qarışdığını müəyyənləşdiriblər
Elmi işin nəticələri “Environmental Science & Technology” saytında dərc olunub.
Qeyd olunur ki, bir çay paketindən əldə olunan çayda təxminən 11.6 milyard mikropartikül və 3,1 milyard nanohissəcik olur. Mütəxəssislər bildirir ki, bu, digər növ ərzaq və içkilər, o cümlədən plastik şüşələrdə olan su miqdarını xeyli üstələyir.
Təcrübə zamanı dörd müxtəlif növ meyvə çayının bir neçə paketi istifadə olunub. Paketlərin içərisindən çaylar çıxarılıb və onlar 95C dərəcə suda 5 dəqiqə saxlanılıb. Daha sonra tədqiqatçılar suyu süzərək istifadə olunan paketləri elektron mikroskop altında araşdırıblar.
Nəticədə, sudakı nanohissəciklərin dəmləmədən sonra meydana gəldiyi müşahidə olunub.
Tədqiqatçılar bunun ardından əldə edilmiş nanohissəcikləri xərçəngkimilərin yaşadığı mühitə daxil ediblər. Müşahidələrə görə, suda olan plastik hissəciklərin konsentrasiyasının artması xərçəngkimilərin inkişafının ləngiməsinə səbəb olub. Amma hələ ki mütəxəssislər bu hissəciklərin insan sağlamlığına necə təsir göstərdiyini anlamaqda çətinlik çəkirlər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər