158 nəfər çox işləməkdən öldü - Rəsmi statistika
1-10-2019, 16:13
Oxunub: 5 169
Yaponiyada ötən il 158 nəfər "karoshi" səbəbilə (çox işləməkdən yaranan sağlamlıq problemlərindən ölmək) həyatını itirib.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumat hökumət hesabatında yer alıb. İş saatlarının çox olması ilə əlaqədar 2018-ci ildə baş verən ölüm halları son 10 ildə ən aşağı nəticədir, lakin bu rəqəm yenə də yüksək hesab edilir.
Hesabata görə, ən çox ölüm halları 40 yaşlarında olan şəxslərdə qeydə alınıb. Bu yaş qrupundan olan 47 nəfərin ölümünə "karoshi" səbəb olub. 60 yaşlardakı 20, 50 yaşlarındakı 46, 30 yaşlardakı 26, 20 yaşlarındakı 19 nəfər "karoshi"nin qurbanı olub.
Ən çox ölüm halları inşaat sahəsinin işçiləri arasında qeydə alınıb. 78 inşaat işçisi 2010-2015-ci illərdə beyin və ürəkdə yaranan problemlərlə əlaqədar həyatını itirib. Həmin xəstəliklərə çox işləmək səbəb olub. Eyni dövrdə 54 inşaat işçisi psixoloji səbəblərdən intihar edib. Onlardan 30-u tikinti prosesinə rəhbərlik edən şəxslərdir.
Mediada da vəziyyət pisdir. 2010-2015-ci illərdə 10 jurnalist çox işləməkdən yaranan sağlamlıq problemi səbəbilə ölüb, 4 media nümayəndəsi isə iş stressinə görə intihar edib. Həyatına son qoyanların hamısı 20-li yaşlarda olub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər