BolgeXeber.Com » Dünya » Sünnət toyunda erotik rəqs edən qadın saxlanıldı – VİDEO

Sünnət toyunda erotik rəqs edən qadın saxlanıldı – VİDEO

5-10-2019, 15:25
Oxunub: 4 847 Sünnət toyunda erotik rəqs edən qadın saxlanıldı – VİDEOTürkiyədə bir qadının sünnət toyunda uşaqların gözü qarşısında erotik rəqs etməsinə görə, polisi hərəkətə keçirib.

Cebhe.info xəbər verir ki, Türkiyə polisinin apardığı araşdırma nəticəsində məlum olub ki, sözügedən sünnət toyu İzmirin Menderes rayonun kəndində baş tutub. Toya 3 rəqqas qadın dəvət olunub.

Qadınlardan biri uşaqların gözü qarşısında erotik rəqs oynayıb. Bu da kəskin reaksiyalara səbəb olduğu üçün polis sünnət toyu olan 7 yaşlı uşağın atası F.K, anası T.K, dayısı H.K və erotik rəqs edən qadın saxlanılıb. Ailə üzvləri bu gün prokurorluqda ifadə verəcəklər. Onların izahatından sonra hüquq-mühafizə orqanları barələrində qərar verəcək.

Bununla belə, prokurorluq 7 yaşlı uşağı valideyn himayəsindən məhrum edib və alternativ ailə qayğısı ilə təmin olunması barədə də qərar çıxarıb.

Qeyd edək ki, belə ki, bir qadın sünnət toyunda uşaqların gözü qarşısında erotik rəqs edib. O yubkalarını qaldırıb, tverk edib. Qadına heç kim tərəfindən müdaxilə olunmayıb. Tvitterdə yayımlanan bu video sərt reaksiyalarla qarşılanıb. İzləyənlər həmin ailələr və rəqs edən qadın haqqında həbs qərarı istəyiblər. Onlar bildiriblər ki, bu uşaq istismarıdır və onların psixologiyasına birbaşa təzyiqdir.