Putin 67 yaşını təbiət qoynunda qeyd edir
7-10-2019, 10:14
Oxunub: 5 401
Oktyabrın 7-də ad gününü qeyd edən Rusiya prezidenti Vladimir Putin onun üçün əlamətdar olan gün ərəfəsində müdafiə naziri Sergey Şoyqu ilə birlikdə Sibir tayqasına gedib
O, təbiəti müşahidə edib və göbələk yığıb.
"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" agentliyi məlumat yayıb.
Dövlət başçısının təbiət qoynunda gəzdiyini əks etdirən videogörüntülərdə onun mənzərələrə tamaşa etməsi, həmçinin göbələk yığması yer alıb.
Vladimir Putin gəzintinin gedişatında qeyd edib ki, Moskva ilə Sibir tayqasında havanın eyni olmasına can atmaq lazımdır.
Putin zarafatla Şoyqunun qazıb çıxardığı bitki kolunu bağ evinin həyətində əkəcəyini deyib. Nazir isə cavab verib ki, bitki üçün başqa iqlim lazımdır.
"Havanı belə etmək lazımdır, suyu belə etmək lazımdır", - Şoyqu bildirib.
Gəzinti zamanı prezidentin yanında olan şəxslərdən biri Moskvanın da havasını Sibir havası kimi təmizləməyin mümkün olub-olmaması barədə maraqlanıb. "Bu sualı mənə yox, prezidentə verin", - deyə nazir sualın ünvanını dəyişdirib. "Hər halda cəhd etmək lazımdır", - Putin cavab verib.
Dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin 67 yaşını doğmaları və yaxınları ilə təbiət qoynunda qeyd edəcək.
Analoji hadisə 2014-cü ilin 7 oktyabrında da baş verib. Dövlət başçısı rəsmi istirahət günü götürüb və Sibir tayqasına yola düşüb O, özünün də etiraf etdiyi kimi, Sibirdə 9 kilometr məsafə qət edib. Prezident artıq növbəti gün işə qayıdıb və Novosibirskdə Dövlət Şurası Rəyasət Heyətinin iclasını keçirib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər