BolgeXeber.Com » Dünya » Baltalanaraq öldürülən gəncin anası danışdı: Təkidlə oğlumu Kiyevə çağırdı

Baltalanaraq öldürülən gəncin anası danışdı: Təkidlə oğlumu Kiyevə çağırdı

15-10-2019, 17:09
Oxunub: 5 160 Baltalanaraq öldürülən gəncin anası danışdı: Təkidlə oğlumu Kiyevə çağırdıBir neçə gün əvvəl Kiyevdə baltalanaraq öldürülən 22 yaşlı azərbaycanlı rəqqas, iqtisadçı Cavid Hacıyevin anası oğılunun qətli ilə bağlı əməkdaşımızla söhbətləşib.

Minə Hacıyeva Oxu.Az-a açıqlamasında bildirib ki, Cavidin Kiyevdə öldürülməsinin səbəbi hələlik bəlli deyil:

“Oğlumun ölümü pul üstündə ola bilməzdi. Çünki onu öldürən Əli Abdullayev varlı ailədəndir. Cavid çalışqan, yaxşı tələbə və yaradıcı insan olub. İqtisad Universitetində magistr idi. Almaniyadan mütəxəssislər gəlib tələbələr arasında bir qrupunu şəxs seçib, təlim üçün Almaniyaya yollamışdılar. Onlar arasında Cavid də var idi”.

22 yaşlı gəncin anası deyir ki, Cavid Almaniyaya təlimə getmək üçün hazırlaşanda dostu onu Kiyevə çağırıb və oradan Avropaya səyahət etməyi təklif edib:

“Cavid Almaniyaya bir həftəlik təlimə getməmişdən əvvəl Əli oğluma dedi ki, gəl Kiyevə, gəzək, sonra da Kiyevdən Avropaya gedib, Bakıya qayıdarıq. Cavid ona dedi ki, mənim biletim hazırdır, tələbələr və müəllimlərlə birlikdə gedib-gələcəm. O, Frankfurt-Bakı təyyarə reysi üçün bilet almışdı. Əli təkid etdi ki, birlikdə Kiyevdə gəzsinlər”.

M.Hacıyevanın sözlərinə görə, Cavidin Almaniyadakı təlimləriəri başa çatıb və o, sertifikat alıb. Həmin sertifikat dəfn günü ailəsinə verilib:

“Daha sonra Əlinin təkidi ilə biletini dəyişib və Kiyevə gedib. Hadisədən bir gün əvvəl Cavid Əli ilə restoranda oturmuşdu və biz görüntülü danışdıq. Oktyabrın 2-dən sonra onunla əlaqə kəsildi. SMS çatsa da, oxumurdu. Sonra isə əlaqə tam kəsildi. Mən düşündüm ki, onun telefonu itə bilər. Azərbaycan, rus, türk dilində yazırdım ki, birdən kimsə telefonu tapsa, xəbər versin.

Oktyabrın 7-də Ukrayna polisindən zəng vurdular ki, uşaqlar itkin düşüb və axtarmaq lazımdır. Mən də Əlinin valideynlərinin nömrəsini tapdım və qardaşı, anası ilə danışdım. Qardaşı dedi ki, o, Ukraynaya gedib, xəbər öyrənəcək.

Oktybarın 8-də Kiyevə getsə də, bir neçə saatdan sonra mənə yazdı ki, anasının halı pisdir və Bakıya qayıdır. Mən düşündüm ki, qardaşı itən adam niyə belə rahat qayıdıb?”

Cavidin yatdığı yerdə küt alətlə başından vurulduğunu deyən anası bildirib ki, Cavid mülayim təbiətli uşaq olub və heç vaxt davaya qoşulmayıb:

“Polisdə də mənə dedilər ki, o, yatdığı yerdə öldürülüb. Sonra meyiti yandırmaq və evi təmizləyib Bakıya qayıtmaq istəyib. Meyit mənzildə 3-4 gün qalıb və oradan iy gəldiyini hiss edən qonşular polisə şikayət ediblər. Polislər mənzilə baxış keçirən zaman C.Hacıyevin qətlə yetirildiyi məlum olub”.

Qeyd edək ki, Kiyevdə Azərbaycan vətəndaşı Cavid Hacıyevin qətlə yetirilməsi faktı ilə əlaqədar olaraq Ukraynanın hüquq-mühafizə orqanlarına nota göndərilib.

Azərbaycanın Ukraynadakı səfirliyindən bildirilib ki, cinayəti törətməkdə şübhəli bilinən Əli Abdullayevin tezliklə tutularaq məhkəmə qarşısına çıxarılması üçün beynəlxalq axtarış elan edilib, əməliyyat-axtarış tədbirləri və işin gedişatı səfirliyin tam nəzarətində saxlanılır.