BolgeXeber.Com » Dünya » Türk komandosların idmançılara “salam” cavabı - VİDEO

Türk komandosların idmançılara “salam” cavabı - VİDEO

16-10-2019, 14:02
Oxunub: 4 386 Türk komandosların idmançılara “salam” cavabı - VİDEOTürkiyənin “Sülh çeşməsi” əməliyyatına qatılan komandoslar Suriyanın Tel-Abyad bölgəsindən türk xalqına və idmançılarına salam göndərib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyinin Yutub kanalı paylaşım edib.

“Çempion olan milli idmançılarımız və milli komandamızın salamlarını aldıq. Gözünüz arxada qalmasın. Bizlər vətənimiz və millətimiz üçün vəzifəmizin başındayıq. Tel-Abyaddan sizlərə və bütün millətimizə salam olsun”, - komandoslar bildirib.

Xatırladaq ki, Türkiyənin “Sülh çeşməsi” əməliyyatı başladıqdan sonra bir çox türk idmançı hərbi salamla türk ordusuna dəstəyini nümayiş etdirib.