Bu gün Türkiyənin Cümhuriyyət günüdür
29-10-2019, 10:57
Oxunub: 7 941
Türkiyə Respublikasında Cümhuriyyət Günü təntənə ilə qeyd olunur. Artıq bayram tədbirlərinə start verilib.
Oktyabrın 29-da Türkiyə Respublikasının yaranmasının 96-cı ildönümü münasibətilə ölkədə bayram tətilidir. Küçə və meydanlar, şəhər, qəsəbə və kənd mərkəzləri, ictimai yerlər bayramsayağı bəzədilib. Ölkənin hər yerində bayram mərasimləri təşkil olunub. Bayram münasibəti ilə ölkə ərazisində bir-birindən fərqli və maraqlı tədbirlər təşkil olunub.
Antalyada milli bayram şərəfinə 600 metrlik dövlət bayrağı meydana çıxarılıb. Yerli əhali ilə bərabər xarici turistlər də böyük coşqu ilə qeyd olunan bayram tədbirlərinə qoşulublar. Rəsmi məlumata görə, bu mərasimə 100 min nəfər qatılıb.
Bayram münasibəti ilə ən böyük dövlət tədbiri isə İstanbulda inşa olunan yeni hava limanı - “İstanbul New Airport”un açılış mərasimi olacaq. Yerli vaxtla saat 16:00-da açılışı planlaşdırılan mərasimdə çox sayda xarici dövlət və hökumət başçısı, parlament sədrləri iştirak edəcək. Azərbaycan da bu mərasimdə geniş tərkibli rəsmi heyətlə iştirak edəcək.
Qeyd edək ki, 29 oktyabr - Cümhuriyyət Günü Türkiyədə Respublika quruluşunun elan olunduğu gündür. Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün liderliyi ilə Türkiyə xalqı 1919-cu ilə mayın 19-da milli-qurtuluş savaşına başlayıb. Bu tarixi şərəf mücadiləsinin nəticəsi olaraq 1923-cü il oktyabrın 29-da indiki Türkiyə Respublikası elan olunub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər