Psixonevroloji klinikada dəhşətli yanğında 38 nəfər ölüb
26-04-2013, 09:25
Oxunub: 5 587
Moskva ətrafı rayonda psixonevroloji klinikada gecə alışmış yanğın nəticəsində 38 adam həlak olub. Səhiyyə Nazirliyinin məlumatına əsasən, həlak olanların 36-sı pasient, iki nəfəri internatın əməkdaşıdır.
Yanğın Dimitrov rayonu Ramenski qəsəbəsində 14 nömrəli psixiatriya xəstəxanasında gecə yerli vaxtla saat 2:30 radələrində başlanıb. Yanğın mənbəyi xəstəxananın xüsusi rejimdə saxlanılan 6-cı korpusda olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Yanğınsöndürənlər gəlincə 35x12 metr ölçüdə bina bütün sahəsi boyunca yanırdı.
Xəstəxana binası hasarla ayrılmış ərazidə yerləşir. Güclü tüstü həlak olanların sayını dəqiq müəyyən etməyi çətinləşdirir.
Hadisə yerində işləyən əməkdaşlardan birinin dediyinə görə, yanmış xəstəxananın bütün pəncərələri barmaqlıqlar qoyulub. Həlak olanların əksəriyyəti çarpayılarında olub.
Moskva vilayəti Daxili İşlər Nazirliyi Baş İdarəsinin məlumatına görə, yanğına qısa qapanma səbəb olub.
“Birmərtəbəli bina qısa qapanmadan odlanıb. İçəridə olan 38 nəfərdən ikisi sağ qalıb”, - DİN Bİ əməkdaşına istinadən, RİA Novosti xəbər verir.
Başqa məlumata görə, daxildə 41 adam olub, onların üçü oddan çıxa bilmişdir.
Səhiyyə Nazirliyinin mətbuat katibi Oleq Saqalay jurnalistlərə deyib ki, klinikanın tibb bacısı yanan binadan iki xəstəni çıxara bilib.
Hadisə yerində 18 təcili yardım briqadası işləyir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər