“İlin adamı” kim olacaq?
11-12-2019, 10:21
Oxunub: 4 639
"Time” jurnalı "İlin adamı – 2019” mükafatına namizədlərin qısa siyahısını açıqlayıb
İddiaçılar arasında siyasətçilər, idmançılar, biznesmenlər, fəallar yer alıb.
"Qafqazinfo”nun məlumatına görə, bu barədə "The Hill” yazıb.
Belə ki, bu titula ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi, "Facebook”un qurucusu Mark Tsukerberq, ABŞ Prezidenti Donald Tramp, amerikalı futbolçu Meqan Rapino, ÇXR-ın sədri Si Szinpin və İsveçdən olan eko fəal, məktəbli Qreta Tunberq sahib ola bilər.
Həmçinin, iddiaçılar arasında Trampla Ukrayna Prezidenti Vladimir Zelenskinin iyul ayında baş tutan telefon danışığının məzmunu barədə məlumat verən Mərkəzi Kəşfiyyat İdarəsinin anonim zabiti də var.
Qalibin adını oxucular "Time” jurnalının dekabr sayından öyrənə biləcəklər.
Qeyd edək ki, "Time” jurnalının təsis etdiyi "İlin adamı" nominasiyası 1927-ci ildən verilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər