BolgeXeber.Com » Dünya » Günün qoroskopu: Gün məhsuldar sayılmasa da, çox yorucudur

Günün qoroskopu: Gün məhsuldar sayılmasa da, çox yorucudur

16-12-2019, 10:28
Oxunub: 3 976 Günün qoroskopu: Gün məhsuldar sayılmasa da, çox yorucudurBuğa - Günün əvvəlində sizə elə gələcək ki, uğur üzünüzə gülür və tezliklə nailiyyət qazanacaqsınız

Qoç - Ünsiyyətdə aktivlik artır, yeni tanışlıqlar mümkündür. Dost və qohumluq əlaqələri daha da möhkəmlənir. Günün ikinci yarısı münasibətlərdəki ahəngdarlıq pozulacaq, fikir ayrılıqları üçün xeyli səbəb yaranacaq. Maliyyə məsələləri, məişət problemləri ciddi narazılıq yarada bilər. Sükan arxasında uzaq səfərlərə çıxmaq məsləhət deyil.

Buğa - Günün əvvəlində sizə elə gələcək ki, uğur üzünüzə gülür və tezliklə nailiyyət qazanacaqsınız. Ancaq bir müddət sonra aydın olacaq ki, işlər, düşünüldüyü qədər də yaxşı deyil. Sizə birbaşa aid olmayan xeyli problemi həll etməli olacaqsınız. İrimiqyaslı layihələr üzərində işə başlamaq əvəzinə, cari işlərlə məşğul olun.
Günün ikinci yarısında kefiniz pozulacaq: yaxınlarınızın halına acımaq gərək. Sizin mənfi emosiyalarınızın qurbanları ən çox sevdiyiniz insanlardır. Düşünmədən dediyiniz sözlərə görə üzr istəməli olacaqsınız.

Əkizlər - Ciddi və məsuliyyətli iş görmək üçün elə də münasib olmayan, çətin gündür. Günün ilk yarısı diqqətinizi toplaya bilməyəcəksiniz. Heç nə alınmır, böyük səhvlər edir və bu səbəbdən əsəbləşirsiniz. Üstəlik, Əkizlər vacib qərarları təkbaşına verə bilmirlər, yaranmış şəraitlə bağlı yaxşı məsləhət verə biləcək insanlar isə yaxınlıqda gözə dəymir.
Maliyyə çətinlikləri mümkündür: bunların öhdəsindən gəlmək olar, sadəcə, məsələyə düzgün yanaşmaq lazımdır. Bir çox Əkizlər bu gün bəzi ailə problemlərini yoluna qoya, qohumları ilə münasibətləri düzəldə bilərlər.

Xərçəng - Mənfi tendensiyaların güclü təsirinə baxmayaraq, səhər çağı müəyyən nailiyyətlər əldə edə bilərsiniz. Enerjiniz və sağlam düşüncəniz bütün işlərdə köməkçinizdir. Bunların sayəsində çətinlikləri aşa, səhvlərdən qurtula bilərsiniz. Ən çətin anlarınızda dostlarınız köməyinizə gələcəklər.
Axşam isə bir qədər gərgin keçəcək. Mənəvi tarazlığınızı itirir, mənfi emosiyalarınızın təsiri altına düşürsünüz. Üstəlik, bu dövrdə sizi idarə etmək asanlaşır və çox güman ki, düşmənləriniz bundan istifadə etməyə çalışacaqlar.

Şir - Kütlə qarşısında çıxış məsləhət görülmür. Sövdələşmələr bağlamağa tələsməyin.
Peşəkar və şəxsi məsələləri bir-birindən fərqləndirmək lazımdır. Şəxsi simpatiya və antipatiyanın iş yerində, iş yerinin problemlərinin isə evdə bir işi yoxdur. Sonradan böyük bir problemə çevrilə biləcək xırda xoşagəlməzliyi görmək həmişə mümkün olmur.

Qız - Sürprizlərlə dolu gündür. Hətta arzulamağa belə cəsarət etmədiyiniz işlər baş verir. Öz gücünüzə inanın - uğur qazanmaq üçün bu çox vacibdir. Darıxmağa imkan olmayacaq: işləriniz çox və hər biri özlüyündlə maraqlıdır. Qonaq qəbulu, təntənəli mərasimlərin təşkili üçün uğurlu gündür.
Nəzərə almaq lazımdır ki, bu gün müstəqil hərəkət etməli, kimdənsə kömək gözləməməlisiniz. Yaşlı qohumlarınızdan birilə aranızda münaqişə yarana bilər. Əgər bu gün təmkinli olmasanız, kinayəli iradlar bildirsəniz, sonra peşman olacaqsınız.

Tərəzi - Günün birinci yarısı işləmək üçün yaxşı vaxtdır və sizə böyük uğurlar vəd edir. Vaxtında qəbul edilmiş düzgün qərar rəqiblərinizi qabaqlayaraq karyera pillələri ilə irəliləməyinizə imkan yaradacaq. Uzun müddət sizdən öz məqsədləri naminə istifadə edən şəxsi ifşa edə biləcəksiniz.
Axşam özüylə həm fiziki, həm emosional yorğunluq gətirəcək. Bəllidir ki, nə şücaətlərə, nə də bu yaxınlarda qurduğunuz planların gerçəkləşdirilməsinə gücünüz yoxdur. Özünüzü toplamağa çalışmayın, sadəcə, istirahət edin.

Əqrəb - İşdə problemlər sizin öz günahınız ucbatından yaranır, çünki işdən başqa hər şey barədə fikirləşirsiniz. Hesablarda səhv etməniz mümkündür, danışıqlarda pərtlik yarana bilər, həmçinin yerinə yetirə bilməyəcəyiniz vədlər verə bilərsiniz. Kütlə qarşısında çıxışlardan çəkinin.
Gün sizi əsl mənəvi bağların birləşdirdiyi insanlarla ünsiyyət üçün daha münasibdir. Səmimi etiraflar edə, sizi çoxdan narahat edən problemlərdən danışa bilərsiniz. Alış-verişə çıxmaq məsləhət deyil, pul sizə hələ lazım olacaq.

Oxatan - İntellektual potensialınız çox yüksəkdir. Bu da o deməkdir ki, öhdəsindən gələ bilməyəcəyiniz problem yoxdur. Eksperimentlərə hazırsınız və onlar dedikcə əla nəticələr verir. Maraqlı tanışlıqlar mümkündür. Ola bilsin ki, dostlarınızdan biri sizi doğrudan da gözəl bir insanla tanış etsinlər.
Təhsil və dünyagörüşünün artırılmasına xidmət edən məşğuliyyətlərə üstünlük verin. Ən adi vərdişlərdə özünüz üçün yenilik tapa bilərsiniz. Uzaqdan vacib xəbərlər ala bilərsiniz.

Oğlaq - Gün məhsuldar sayılmasa da, çox yorucudur. Hər şey enerjinin azalması ilə əlaqədardır. Məhz onun ucbatından cari məsələlərə diqqəti cəmləmək, gələcək planları tam ciddiliyi ilə düşünmək mümkün olmur.

Dolça - Danışıqlar pis keçmir, ancaq nəzərə almaq lazımdır ki, əldə edilən razılaşmanı tam hesab etmək olmaz. Yeni iş ortağınız və ya rəhbərlik barədə isə dolğun və düzgün qənaətə gəlmək olar.
Şəxsi həyatda güclü dəyişikliklər gözlənilmir. Burada daha çox sabitləşməyə, mövcud əlaqələrin möhkəmləndirilməsinə meyl var. Yeni tanışlıqlar xoşdur, amma çətin ki, ciddi davamı olsun.

Balıqlar - Bu mürəkkəb gün hətta ən enerjili Balıqları da yoracaq. Nəinki öz problemlərinizi həll etməli, üstəlik qohumlarınızın arasında yaranan fikir ayrılıqlarını da aradan qaldırmalı olursunuz - bu isə həddən artıq bezdirici işdir. Sizin üçün xoş olmayan etiraflar mümkündür. Elə bir məlumat alacaqsınız ki, onunla nə etməyi bilməyəcəksiniz.
Əvvəlcədən qurduğunuz planları reallaşdırmaq imkanı yaranmır və siz pərt olursunuz. Münasibətlərdə ehtiyatlı olun, başqasının təsiri altına düşə bilərsiniz.