BolgeXeber.Com » Dünya » Morales haqqında həbs qərarı çıxarıldı

Morales haqqında həbs qərarı çıxarıldı

21-12-2019, 12:04
Oxunub: 3 739 Morales haqqında həbs qərarı çıxarıldıBoliviyanın keçmiş prezidenti Evo Morales ölkəyə qayıdan kimi dərhal həbs olunacaq.

ABİ nəşrinin məlumatına görə, bu barədə Boliviyanın Ədliyyə və Hakimiyyət İnstitutlarının Şəffaflığı naziri Alvaro Koimbra danışıb.

Nazirin sözlərinə görə, artıq Moralesin həbsi ilə bağlı qərar qəbul edilib və miqrasiya xidmətinə müvafiq göstərişlər verilib.

“Əgər vətəndaş Evo Morales ölkəyə daxil olsa, həbs olunacaq”, - Koimbra bildirib.