Hansı qan qrupu hansı xərçəng növünün riskini artırır?
17-01-2020, 12:29
Oxunub: 5 503
Elmi araşdırmalar göstərir ki, xərçəng xəstəliyinin riski insanın qan qrupu ilə əlaqəlidir.
Moderator.az xəbər verir ki, tanınmış rusiyalı tele-həkim Elena Malışeva öz verlişində Danimarka və İsveç həkimlərinin bu mövzuda araşdırmaları haqqında danışıb.
Belə ki, 1-ci qan qrupu olan insanlarda digər qruplarla müqayisədə yoğun bağırsağın xərçəngi riski daha yüksəkdir. Həkim 1-ci qan qrupu olanlara 40 yaşdan sonra müntəzəm olaraq hər 5 ildən bir kolonoskopiya müayinəsindən keçməyi tövsiyə edib.
2-ci qan qrupuna aid olan insanlar mədə xərçənginin inkişafına meyillidirlər. Malışeva bu insanlara 45 yaşdan sonra hər 2-3 ildən bir qastroskopiyadan keçməyi məsləhət görüb.
3-cü qan qrupunda mədəaltı vəzi xərçənginin riski daha yüksəkdir. Bu qan qrupu olanlar ildə 1 dəfə profilaktik USM-dən keçməlidir.
Ən nadir 4-cü qan qrupunda böyrək xərçənginin riski digər qan qrupları ilə müqayisədə daha yüksəkdir. Malışevanın sözlərinə görə, bu “ən yaxşı xərçəng növüdür”. Böyrək xərçəngi daha erkən aşkar olunur və çox yaxşı müalicə olunur. 4-cü qan qrupu olan insanlar hər il profilaktik USM-dən keçməlidir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər