Azərbaycanlı məşhur gənc 54 milyarda ev aldı - Video
25-01-2020, 12:26
Oxunub: 7 588
Rusiyada yaşayan azərbaycanlı videobloger Hüseyn Həsənov aldığı daha bir evinin görüntülərini paylaşıb.
Bolgexeber.com Oxu.az-a istinadən xəbər verir ki, Hüseyn Moskvanın ən bahalı və elit məkanlarından birində və şəhərə möhtəşəm mənzərə açılan binada 200 kvadrat metrlik üçotaqlı mənzil alıb.
Təmirsiz vəziyyətdə aldığı yeni mənzilinin görüntülərini İnstaqramda paylaşan bloger tezliklə evə köçəcəyini bildirib. Bununla yanaşı, Hüseyn Həsənov eyni kompleksdə anasına da mənzil alıb.
Mənzilin yerləşdiyi məkan haqqında informasiya verməyən azərbaycanlı blogerin aldığı təmirsiz mənzilin qiyməti təxminən 54,5 milyard rubldur (1,5 milyon manat).
Qeyd edək ki, o, Rusiyada anadan olub, amma etnik azərbaycanlıdır. Blogerlik fəaliyyəti ilə məşğul olan Hüseyn hazırda sahib olduqlarına görə elə özünə borcludur. Hüseyn Rusiyada ən populyar blogerlərdən biridir.
Onun İnstaqramda 12 milyondan çox izləyicisi var. Sosial şəbəkədə böyük auditoriyaya sahib olan Həsənov müxtəlif oyunlar keçirməklə sosial media hesablarını inkişaf etdirir.
Hüseyn həmçinin restoran işi ilə məşğul olur və şəxsi geyim markası var. Bakıya tez-tez gələn H.Həsənov burada da gənclərin diqqət mərkəzində olan məşhurlardan biridir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər