Kobi ilə xanımının gizli helikopter razılaşması
29-01-2020, 15:49
Oxunub: 10 451
Helikopter qəzasında dünyasını dəyişən əfsanəvi basketbolçu Kobi Brayantla həyat yoldaşı Vanessa arasında xüsusi sənəd imzalandığı üzə çıxıb.
Bolgexeber.com qafqazinfo-ya istinadən xəbər verir ki, ölümü ilə bütün dünyanı yasa boğan Kobi sağlığında Vanessa ilə eyni hava nəqliyyat vasitəsinə minməmək barədə razılıq əldə edib. Razılaşmanın detallarını "People" dərgisinə açıqlayan ailə yaxını adının bilinməsini istəməyib.
Kobinin indiyədək heç vaxt Vanessa ilə eyni anda helikopterə minmədiyini bildirən şəxs məhz bunun sayəsində basketbolçunun xanımının və digər 3 qızının sağ qaldığını deyib.
Qeyd edəki, 2006-cı ildən şəxsi helikopterindən istifadə etməyə başlayan Brayant Los-Anceles tıxacından qurtulmaq və ailəsinə daha çox vaxt ayırmaq üçün belə bir addım atdığını bildirmişdi. Bundan başqa o, yalnız pilot Ara Zobayanla uçacağını açıqlamışdı.
Xatırladaq ki, yanvarın 26-da baş vermiş helikopter qəzasında Kobi, 13 yaşlı qızı və daha 7 nəfər dünyasını dəyişib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər