Çində koronavirus səbəbindən ölənlərin sayı 490 nəfərə çatıb
5-02-2020, 10:11
Oxunub: 6 634
Çinin materik hissəsində yeni növ koronavirusun səbəb olduğu pnevmoniyaya yoluxanların sayı 24,3 mini keçib, 490 nəfər isə bu xəstəlikdən ölüb.
Bu barədə ÇXR-in Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin yaydığı məlumatda qeyd olunub. Bu vaxta qədər rəsmi olaraq 20,4 min yoluxmanın 425 ölüm aktının qeydə alındığı bildirilmişdi.
“4 fevral gecə yarısına olan son məlumata əsasən, Dövlət Komitəsi 31 əyalətdən (rayonlar, mərkəz tabeli şəhərlər) 24 324 təsdiqlənmiş yoluxma halı, 490 nəfərin ölümü və 892 nəfərin sağalaraq xəstəxananı tərk etməsi barədə məlumatlar əldə edib”, – deyə məlumatda bildirilib.
Son sutkalarda 3,8 min yeni yoluxma müşahidə edilib. Təkcə Honkonqda 18 nəfər (1 ölü), Makaoda 10, Tayvanda 11 nəfər bu virusa yoluxub. Bundan başqa, daha 23,2 min nəfərdə koronavirus şübhəsi aşkar olunub. Hazırda yoluxan xəstələrlə sıx əlaqədə olan təxminən 185,5 min insan nəzarətdə saxlanılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər