5 mayın astroloji proqnozu
5-05-2013, 09:50
Oxunub: 4 763
QOÇ – Ulduzlar günün ilk yarısını neytal şəkildə başa vurmağı tövsiyə edir. Hər hansı riskə getmək yolverilməzdir. Təxminən saat 14-dən etibarən iş həyatınızda dönüş gözlənilir. Fürsəti fövtə verməyin.
BUĞA – Yaxşı olar ki, bu gün bir qədər özünüzə hesabat verəsiniz. Çünki buvaxta qədər keçdiyiniz yanlış və doğrulardan nəticə çıxarmağınız sizə stimul verəcək. İstənilən günahdan çəkinin.
ƏKİZLƏR – Bu il ilk dəfədir ki, bürcünüzdə heç bir mənfi yüklü planet yoxdur. Deməli, taktikanız doğru olarsa, yalnız müsbət olayların iştirakçısı olacaqsınız. Özünüzü güclü hiss edin, xeyirxah olun.
XƏRÇƏNG – Ümumi mənzərə qənaətbəxş olduğundan sizə yalnız doğru seçim etmək qalır. Əgər bu gün pulla bağlı planlarınız varsa, saat 14-ə qədər həll edin. İşdən başınız açılsa, səfərə çıxa bilərsiniz.
ŞİR – Həyatınızda, yaxın ətrafınızda lazımsız adamlar az deyil. Özünüzdə güc tapıb onların bəzisindən uzaqlaşın. Çünki bu ayın perspektivləri üçün sizə etibarlı adamlar lazım olacaq. Yuxunuza fikir verin.
QIZ – Bu gün əsl siyasətçi xarizması nümayiş etdirin. Hər bir informasiya və situasiyadan dəqiq nəticə çıxarmaq üçün ölçüb-biçin. Hər ifadənizə diqqət yetirin. Nahardan sonra pul problemlərini çözün.
TƏRƏZİ – Bütün astroloji göstəricilər doğma və yaxınlarınızla daha mülayim davranmağı məsləhət görür. Gücünüzə güc qatmaq üçün bu, çox vacibdir. Bunu bacarsanız, taleyinizin qızıl dövrü başlayacaq.
ƏQRƏB – Bürcünüzün xarakterindən irəli gələn son sözü əvvəldə demək, qədərindən artıq təvazökarlıq sizə problem yarada bilər. Bu səbəbdən hər kəslə mülayim davranın. Səfər isə uğurlu deyil.
OXATAN – Maliyyə bxımından uğurlu gün olsa da, münasibətlər müstəvisində diqqətli olmağınız vacibdir. Köhnə palan içi tökməkdənsə perspektivli layihələr üzərində baş sındırmaq daha yaxşı olar.
OĞLAQ – Nahara qədər hər hansı qeyri-ənənəvi addım atmağınız xoşagəlməzliklə nəticələnə bilər. Neytrallığınzı qorumağa çalışın. Sonrakı saatlarda nüfuzlu və ya vəzifəli insanlarla səmərəli görüşləriniz gözlənilir.
SUTÖKƏN – İlıq Baharın sizə verdiyi müsbət enerjidən lazımınca yararlanın. Gücünüzü artırmaq üçün fəaliyyətə azacıq fasilə verin. Beyninizdəki arzuları götür-qoy etmək üçün bundan yaxşı gün olmayacaq.
BALIQLAR – Kənardan sizə qarşı hər hansı neqativ və ya müsbət təsir olmayacaq. Necə deyərlər, nə əkəcəksinizsə, onu da biçəcəksiniz. İxtiyar sahibi olduğunuz üçün çalışın ki, yalnışlığa yol verməyəsiniz.
Çox Oxunanlar
- 17-08-2024, 17:18 : Bu məhsullar gömrük rüsumundan azad olunub.
Xəbərlər / Ölkə
- 25-08-2024, 12:42 : Sabah hava necə olacaq?
Xəbərlər / Ölkə
- 26-08-2024, 17:56 : Küləkli hava ilə bağlı xəbərdarlıq
Xəbərlər / Ölkə
- 27-08-2024, 19:57 : Gürcüstanda seçkilərin tarixi açıqlandı
Dünya
- 1-09-2024, 12:03 : Ceyhun Bayramov səs verdi
Siyasət / Xəbərlər
- 16-08-2024, 14:51 : Məşhur aktyor özünü hərraca çıxardı
Dünya
- 29-08-2024, 17:52 : Azərbaycan idmançısından BÖYÜK UĞUR
İdman / Xəbərlər
- 28-08-2024, 17:57 : Selena Gomez nişanlandı
Şou-Biznes / Xəbərlər
- 30-08-2024, 17:54 : Türkiyədə yenidən meşə yanğını başladı
Dünya / Xəbərlər
- 22-08-2024, 16:56 : Polat cütlüyü maşınlarını geri almaq üçün hərəkətə keçib?
Şou-Biznes