BolgeXeber.Com » Dünya » Təyyarə qəzasında ölən qadının şanssızlığı: Yerini son anda dəyişibmiş
Təyyarə qəzasında ölən qadının şanssızlığı: Yerini son anda dəyişibmiş
8-02-2020, 13:40
Oxunub: 5 427
İstanbulda qəzaya düşən sərnişin təyyarəsində həlak olan 3 qadından biri də Alev Gençoğlu olub.
Bolgexeber.com qafqazinfo-ya istinadən xəbər verir ki, onu bu ölümə belə demək olarsa, təsadüflər aparıb. Belə ki, əvvəlcə İstanbula aldığı biletinin vaxtını dəyişən qadın daha sonra da təyyarədəki yerini 11-dən hava gəmisinin parçalandığı hissəyə, yəni 6-cı sıraya dəyişib.
Mühasib olan Gençoğlunun bir müddətdir ki, təqaüdə çıxdığı bildirilir. Dünən dəfn edilən qadının pilot qardaşı onunla son söhbətini belə xatırlayır:
"Mən ona İstanbulda həkimə getməsini tövsiyə etsəm də, tanıdığı həkimin İzmirdə olduğunu dedi. Geriyə bilet saat 21:00-a idi. Ancaq bacım işi tez bitdiyi və axşam qar yağacağı üçün biletini 17:00-a dəyişdi. Gecəyə qalmaq istəmirdi".
Xatırladaq ki, fevralın 5-də "Pegasus" hava yollarına məxsus İzmir-İstanbul aviareysi üzrə hərəkət edən "Boeing 737-800" təyyarəsi dəniz üzərindən Sabiha Gökçən Hava limanında sərt eniş edərkən sürüşərək zolaqdan çıxıb və 3 hissəyə parçalanıb. Nəticədə 3 nəfər (Zehra Bilgi Koçar, Alev Gençoğlu və Songül Bozkurt) həyatını itirib, 179 nəfər xəsarət alıb.
Qeyd edək ki, qəzada ölən üç qadının da yanaşı əyləşdiyi bildirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər