Türkiyədə törədilən terrorun qurbanları durmadan artır
12-05-2013, 09:50
Oxunub: 5 656
Ankara terrorun arxasında Bəşər Əsəd rejiminin dayandığını güman edir
Türkiyənin Suriya ilə həmsərhəd olan Hatay vilayətinin Reyhanlı qəsəbəsində baş verən terror aktı nəticəsində ölənlərin sayı 42-yə, yaralananların sayı isə 140 nəfərə çatıb. Türkiyənin baş nazirin müavini Bəşir Alatay “HaberTürk” telekanalına müsahibəsində ölənlərin sayının 42-ə, yaralananların sayının isə 140 nəfərə çatdığını açıqlayıb. Yaralılardan 20-nin vəziyyəti ağırdır.
“Yaralılar xəstəxanalara yerləşdirilib. Ümumilikdə, hal-hazırda şəhərdə sakitlik hökm sürür. Təhlükəsizlik qüvvələri hadisəni araşdırır”, deyə Bəşir Alatay bildirib.
Türkiyənin Suriya ilə həmsərhəd olan Hatay vilayətinin Reyhanlı qəsəbəsində baş verən terror aktı nəticəsində ölənlərin sayı getdikcə artır. APA-nın xəbərinə görə, Türkiyənin daxili işlər naziri Müəmmər Gülər ölənlərin sayının 40-a çatdığını açıqlayıb. Yaralıların sayı təxminən 100 nəfərdir, onlardan 29-nun durumu ağırdır.
Terror aktları içərisinə partlayıcı maddələr yerləşdirilmiş 2 avtomobil vasitəsilə Reyhanlının mərkəzindəki Atatürk prospektində yerləşən bələdiyyə və poçt binalarının qarşısında törədilib. Şahidlər poçt binasının olduğu ərazidə parçalanmış ən azı 10 meyit gördüklərini bildiriblər. Dağıntılar altında da meyitlərin ola biləcəyi güman edilir. Ərazidə park edilmiş 50-yə yaxın avtomobil ciddi zədələnib.
Yerli sakinlər və Türkiyə rəhbərliyi terrorun arxasında Suriyanın dayandığını düşünür. Hadisədən sonra Reyhanlı sakinləri qəsəbə yaxınlığında məskunlaşmış suriyalı qaçqınlara hücum edib, lakin polis havaya atəş açaraq onların qarşısını alıb. Hüquq-mühafizə orqanları suriyalıların qaldığı qaçqın düşərgələrinin mühafizəsini gücləndirib.
Xarici işlər naziri Əhməd Davudoğlu “kənardakı xaosu bizim ərazimizə keçirmək istəyənlər cavablarını alacaqlar”, bəyanatı ilə məhz Suriyaya işarə vurub. Baş nazir Rəcəb Tayyiob Ərdoğan kəşfiyyat orqanlarının hadisəni araşdırdığını açıqlayıb.
Xatırladaq ki, Türkiyə Suriyada Bəşər Əsəd rejimi ilə mübarizə aparan silahlı qruplara aktiv dəstək verir. Bu səbəblə Suriya rejimi ilə Türkiyə arasında xeyli vaxtdır münasibətlər kəskinləşib. Daha əvvəl Suriya ərazisindən Türkiyəyə top atəşləri də açılmışdı. Türkiyə Suriyanın ehtimal edilən raket hücumlarından qorunmaq üçün bir müddət əvvəl NATO-ya rəsmi müraciət etdikdən sonra Türkiyə ərazisində “Patriot” raket sistemləri yerləşdirilib. (apa)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər