BolgeXeber.Com » Dünya » Məşhur milyarder öz villasında intihar etdi

Məşhur milyarder öz villasında intihar etdi

7-05-2020, 10:25
Rusiyalı milyarder iş adamı Dmitri Bosov intihar edib.
Musavat.com xarici agentliklərə istinadla xəbər verir ki, 52 yaşlı biznesmenin cəsədi onun Moskva vilayətinin Usovo qəsəbəsində yerləşən malikanəsində tapılıb.
Dmitri Bosov “Vostokuqol” və “Sibantrasit” şirkətlərinin əsas səhmdarı sayılırdı. “Sibantrasit” antrasidin (daş kömürün növüdür-red.) hasilatı və ixracatına görə dünyada, metallurgiya kömürünün istehsalına görə isə Rusiyada lider sayılır. “Sibantrasid”in malik olduğu aktivlər arasında Moskvada yerləşəm “Artplay” Memarlıq və dizayn mərkəzi də var. Bundan başqa, şirkət Baykal-Amur magistralının bir hissəsi olan Şimal-Amur tunelinin tikintisi ilə də məşğuldur.
Bu il may ayının əvvəlində Dmitri Bosovun ABŞ-ın Kaliforniya ştatında marixuana istehsal edən “Genius Fund Group” firmasına sərmayə qoyduğu ortaya çıxıb. Ötən ayın sonlarında ona və biznes tərəfdaşlarına qarşı ABŞ-ın əmək qanunvericiliyinin pozulması faktına görə iddia qaldırılmışdı.
Frensis Raçoppi adlı ABŞ ordusunun veteranı, habelə “Genius Fund Group” şirkətinin keçmiş əməliyyat diretktoru onlardan 1 milyon dollar təzminat tələb edirdi.
Dmitri Bosova qarşı digər iddia onun “Vostokuqol” və “Sibantrasid” üzrə keçmiş partnyoru Aleksandr İsayev tərəfindən verilib.
Ötən il “Forbes” jurnalı Dmitri Bosovu 11 milyard dollarlıq sərvəti ilə Rusiyanın ən zəngin insanlarının siyahısında 83-cü sırada göstərmişdi.