Bürclər - 19 may
19-05-2013, 09:35
Oxunub: 5 296
QOÇ - Olduqca məhsuldar gündür. Üzərinizə düşən çoxsaylı vəzifələrdən qorxmayın. Əksinə, əzmkarlığınızı artırmaqla nəzərdə tutduğunuz işlərin həllini sürətləndirin. Nəqliyyatda ehtiyatlı olun.
BUĞA - Bütün işlərinizi saat 15-ə qədər yekunlaşdırmağa çalışın. Belə ki, ideyalarınızı həyata keçirmək üçün sonrakı ərəfə sərfəli deyil. Əksinə, mübahisəli hallar baş verə bilər. Sənədləşdirmə işlərini təxirə salın.
ƏKİZLƏR - Mənfi enerjili Ay bürcünüzdə olduğu üçün ilk növbədə səhhətinizə fikir verməlisiniz. Ağır iş görmək, piyada çox gəzmək sizə zərərdir. Çalışın ki, istənilən məsələdə ürəyinizin səsinə qulaq asasınız.
XƏRÇƏNG - Sağlıq durumunuzu nəzarətdə saxlaya bilsəniz, digər məsələlərdə elə bir çətinliyiniz olmayacaq. Əməkdaşlıq istiqamətində ürəkaçan gedişlər mümkündür. Büdcənizdə irəliləyiş də gözlənilir.
ŞİR - Bir qədər mübahisəli gündür. Yaxınlarınızla, həmçinin ailə üzvlərinizlə (xüsusən yaşlılarla) mülayim davranın. Axşamı bütünlüklə gəzinti və qonaqlıqlara həsr edin ki, rahatlıq tapasınız.
QIZ – Çoxları ilə müqayisədə bu təqvimdə sizin büdcəsinizdə daha çox artım gözlənilir. Odur ki, gəlir gözlənilən bütün obyektlərə baş çəkin. Aldığınız yeni təkliflərə başdansovdu yanaşmayın.
TƏRƏZİ – Göstəricilərə inansaq, bu gecə narahat yatmısınız. Odur ki, gün ərzində ümumi süstlük sizi tərk etməyəcək. Bu amili nəzərə alıb yaxşıca dincəlin. Dostların əhatəsində olmağa çalışın.
ƏQRƏB - Olduqca düşərli gündür. Rastlaşdığınız hər bir hadisə ürəyinizcə olacaq. Hər kəslə xoş ünsiyyət qurmağa çalışın. Axşama yaxın sevindirici xəbərlər eşidə bilərsiniz. Kiçikyaşlılara diqqət ayırın.
OXATAN - İxtiyarınızda olan bu təqvimin nahara qədərki dövrü gərgin tərzdə davam edəcək. Sonrakı saatlarda ikitərəfli sövdələşmə üçün səmərəli olacaq. Qida rejiminə diqqət yetirin. Qazancınız da olacaq.
OĞLAQ - Astroloji göstəricilər yalnız savablar göstərmək üçün münasib vaxt olduğunu bəyan edir. Odur ki, fəaliyyətə ara verib, gəzinti və səfərlərə çıxmağa çalışın. Həmsöhbətlərinizlə doğru-dürüst danışın.
SUTÖKƏN – Riskli hərəkətlərə yol verməyin. Maksimum neytrallıq nümayiş etdirin. Hər dedi-qoduya tələsik reaksiya verməyin. Saat 16-19 arası bütün günah işlərdən çəkinin, yalan vəd verməyin.
BALIQLAR - Son vaxtlar Göy qübbəsi əsəblərinizin qaydasında olmadığını göstərir. Bunu nəzərə alıb sakit bir guşəyə çəkilin. Ulduzlar bunun üçün şəxsi büdcənizi də artırmağa hazırdır. Təki siz istəyəsiniz.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər