BolgeXeber.Com » Dünya » Kürəkən ördəyi zorlayıb

Kürəkən ördəyi zorlayıb

20-05-2013, 09:25
Oxunub: 6 293 Ördəyi zorlayan kişi cərimə edildi

Türkiyədə ördəyi zorlayan kişi məhkəmənin qərarı ilə cərimə olunub. Hadisə Bursa vilayətinin Osmanqazi rayonunda baş verib. Məlumata görə, ötən ilin sentyabr ayında 4 övlad atası 50 yaşlı A.Ç. evə sərxoş gəldiyi üçün qaynana və qaynata ona yatmaq üçün ördək hininin yanındakı eyvanda yer açıblar. Ertəsi gün isə ördəklərə yem vermək üçün hinə gedən ev sahibi ördəklərdən birinin arxasından qan axdığını və onun gəzə bilmədiyini görüb. Bundan sonra cütlük polis bölməsinə gedərək şikayətçi olub. Polisin araşdırmaları və məhkəmə tibbi ekspertizasının rəyi nəticəsində məlum olub ki, kürəkən həqiqətən ördəyə təcavüz edib.
Qeyd edək ki, polis tərəfindən saxlanılan kürəkən daha sonra şikayətin geri götürülməsi ilə azadlığa buraxılıb. Türkiyə Meşə və Su Nazirliyinin Bursa şöbəsi isə “Heyvanları mühafizə” qanununun 14-J bəndindəki “Heyvanla intim əlaqədə olmaq” maddəsinə əsasən həmin şəxsi 437 lirə (187 AZN) cərimə edib.