BolgeXeber.Com » Dünya » Rusiyada koronavirusdan ölənlərin sayı 4 min nəfəri keçib

Rusiyada koronavirusdan ölənlərin sayı 4 min nəfəri keçib

28-05-2020, 15:09
Oxunub: 4 067 Rusiyada son sutka ərzində daha 8371 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Modern.az xəbər verir ki, APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 379 051 nəfərə çatıb.
 
Son sutka ərzində 174 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 4142 nəfərə çatıb.
Xəstəlikdən sağalanların sayı 150 993 nəfərdir.