Putinin iş otağından sensasion fotolar-Foto
21-05-2013, 15:30
Oxunub: 5 934
Prezidentin kabinetində çəkilmiş şəkilin sirri açılacaqmı?
Rusiya prezidentinin iş otağında, onun kürsüsündə oturmuş başqa bir adamı təsəvvür edirsinizmi? “Moskovskiy komsomolets” qəzeti həftəsonu sensasion sayıla biləcək bir foto dərc edib.
Qəzetin yazdığına görə, əldə etdikləri bu fotonun əvvəl həqiqət olduğuna şübhə ilə yanaşıblar. Çünki Rusiya prezidentin iş otağına prezidentdən başqa kiminsə girməsi qəti qadağandır. “Əgər prezidentin yaxın ətrafından kimsə buna cəhd etsə, qapının qarşısında keşik çəkən 10 nəfər mühafizə xidmətinin əməkdaşından yayınmalıdır” deyə, xəbərdə bildirilir. Bəs necə olub ki, prezidentin iş otağına bir deyil, iki nəfər keçə bilib. “Axı fotonu çəkdirən adam özünün şəklini çəkə bilməzdi?” deyə, haqlı sual ortaya çıxır. Bəs bu sirli adam kimdir?
“MK” araşdırması zamanı məlum olub ki, prezidentin kabinetində fotosu yayılan şəxs Federal Mühafizə Xidmətinin əməkdaşı olmuş Aleksey Ustumçikdir. Foto isə güman ki, Rusiya prezidenti Dmitri Medvedyev olan vaxt çəkilib. Çünki Ustumçik 2011-ci ildə bir neçə nəfərlə əlbir olaraq məşhur proqramçı və biznesmen Yevgeni Kasperskinin oğlunu oğurlamaqda ittiham olunaraq həbs edilib. Qeyd edək ki, FMX əməkdaşı onun izinə düşüldüyünü anlayandan sonra istintaqla əməkdaşlıq etmiş və proqramçının oğlunun azadlığa buraxılmasına, bandanın digər üzvlərinin isə həbs edilməsinə yaxından köməklik etmişdir. Bu səbəbdən də o, bandanın digər üzvlərindən tez mühakimə edilərək 4,5 ay həbslə canını qurtarıb. Hazırda isə bandanın digər üzvlərinin mühakiməsi də yekunlaşmaq üzrədir. Onu bu cinayətə sürükləyən səbəb də yaxşı yaşamağa həvəsi olub. Belə ki, bir avtoservisi olmaq istəyən Ustumçikin pula ehtiyacı yarandığı üçün məşhur biznesmenin oğlunu oğurlamaq planı qurub.
Məlumatlara görə, Ustumçik özünün sosial statusu haqqında həmişə yüksək rəy yaratmağa çalışıb. O, bahalı maşınların, elitanın toplaşdığı klublarda şəkil çəkdirməyin həvəskarı olub. Prezident kabinetində çəkdirdiyi bu fotonu da o, tanışlıq saytlarından birində yerləşdirib. Sadəlövh kapitan bu fotonu yaymaqla özünün prezidentə yaxın adam olduğunu və hətta onun iş otağında foto çəkdirə bildiyi barədə rəy yaratmaq istəyib. “MK” prezidentin təhlükəsizlik xidmətini bu dərəcədə ciddi səhvə yol verdiyinə, ölkənin birinci şəxsinə yaxın olan bir adamın bu qədər məsuliyyətsiz davranışına görə qınayıb da.
FMX fotonun necə çəkilməsi, ümumiyyətlə, fotoşop olub-olmaması ilə bağlı daxili araşdırmaya başlayıb.



musvat.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər