Belarusda peyk antenlərinə sovetsayağı qadağa
23-05-2013, 08:50
Oxunub: 5 273
Anten quraşdırmaq üçün icra strukturlarından icazə almaq lazım gələcək
Belarus sakinlərinə çoxmənzilli binaların damları və fasadlarında özbaşına antenlərin quraşdırılması qadağan edilib. Məlumata görə, bu barədə qərarı ölkə hökuməti qəbul edib.
Qərara görə, vətəndaş anten quraşdırmazdan əvvəl yerli icra orqanından icazə almalıdır. İmtina cavabı alan şəxs məhkəməyə müraciət edə bilər.
İcazə alındıqdan sonra anten quraşdırılır və xüsusi komissiya onu qəbul edir.
Hakimiyyətin icazə olmadan anten quraşdırılıbsa, vətəndaşa icazə almaq təklif olunacaq. Əgər icazə alınmasa, anten söküləcək.
Bəzi Belarus KİV-ləri qərarı peyk antenlərinə qadağa, hakimiyyətin vətəndaşların peyk televiziyalarına baxmasının qarşısının alınması kimi qiymətləndirirlər.
Media eksperti Leonid Mindlin hesab edir ki, Belarus hakimiyyətinin bu addımı nəticə verməyəcək. Çünki, kim istəsə lazım olan kanala internet vasitəsilə də baxa bilər. Onun sözlərinə görə, rəsmi Minskin atdığı addım Sovet İttifaqı dövrünün təcrübəsidir.ans
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər