25 mayın astroloji proqnozu
25-05-2013, 09:15
Oxunub: 5 014
Olduqca təzadlı gündür. Uğurlu və xoşagəlməz olaylar tez-tez bir-birini əvəz edəcək. Bundan öz xeyrinizə istifadə etmək üçün prosesləri diqqətlə izləyib, obyektiv qərar çıxarın.
BUĞA - Təxminən saat 14-ə qədər cərəyan edən daxili sıxıntılarınız sonrakı müddətdə qaydasına düşəcək. Bu səbəbdən də vacib işlərinizi sonraya saxlayın. Büdcənizdə artım da gözlənilir.
ƏKİZLƏR - Fəaliyyətlə bağlı uğurlarınız mümkün olsa da, iş yerində həmkarlarınızla, xüsusən də rəhbərliklə ehtiyatlı davranın. Günün ikinci yarısında büdcənizi artırmağa yaxın olacaqsınız.
XƏRÇƏNG - Qarşılıqlı anlaşma üçün ideal gündür. Bütün görüş və sövdələşmələr xeyrinizə cərəyan edəcək. Maliyyə məsələlərini isə hələlik başqa vaxta saxlayın. Enerjinizi sevgidən alın.
ŞİR - Çoxdan bəri düşüncələrinizdə kök salmayan qərarlar verməyin. Çünki bu gün yeni fikir və ideyalar səmərəlilikdən çox uzaqdır. Axşama doğru qonaq timsalında çağrılacağınız gözlənilir.
QIZ - Maraqlı görüşlərdə iştirak etmək üçün gözəl fürsətdir. Hətta bunun naminə fəaliyyətə də bir qədər ara vermək olar. Bu gün yeni işgüzar təkliflər alacağınız da istisna olunmur.
TƏRƏZİ - Olduqca səmərəli gündür. Gələcəyiniz üçün böyük əhəmiyyət kəsb edəcək görüşlərdə iştirakınız mümkündür. Təşəbbüskarlığı əldən verməməklə təkliflərə razılıq verin.
ƏQRƏB - Günün ümumi ovqatı aşağı olsa da, qənaətbəxş məqamlar yaşayacaqsınız. Stressə düşməkdənsə gələcək planlarınızı konkretləşdirin. Axşama doğru ikitərəfli görüşlər səmərə verə bilər.
OXATAN - Mənfi yüklü Ay bürcünüzdə qərar tutduğu üçün bu təqvimi müəyyən gərginliklə başa vura bilərsiniz. Buna baxmayaraq, fəaliyyətinizdə müsbət sıçrayışlar da mümkündür.
OĞLAQ - Təzə xəbərlər yolunuzu gözləyir. Bu, çox güman ki, öz doğmalarınız tərəfindən və ya onlar haqqında olacaq. Hər halda, şahidi olduğunuz yeniliklər ovqatınıza mənfi təsir göstərməyəcək.
SUTÖKƏN - Günün əsas tövsiyəsi kənardan dəstək ummaqdır. Təkbaşına fəaliyyətin uğurlu olmadığını nəzərə alıb ürəyinizə yaxın olanların köməyindən istifadə edin. Məntiqsiz riskdən uzaq olun.
BALIQLAR – Ulduzlar böyük dəyişikliklər astanasında olduğunuzu bəyan edir. Belə məqamlarda qətiyyən boş dayanmaq olmaz. Qarşınıza çıxan hər bir şansdan bəhrələnin. Uğurlarınız uzaqda deyil.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər