BolgeXeber.Com » Dünya » Dünyada yoluxma sayı 11 milyona yaxınlaşır

Dünyada yoluxma sayı 11 milyona yaxınlaşır

2-07-2020, 12:15
Oxunub: 3 460 Hər gün dünya miqyasında yeni növ koronavirusa (COVID-19) yoluxma faktı durmadan artır.
Yeniavaz.com “Worldometers”ə istinadən xəbər verir ki, COVID-19 epidemiyası nəticəsində 519 mindən çox insan dünyasını dəyişib. Yoluxma sayı isə 10 milyon 811 min 205 nəfəri keçib. 6 milyondan çox insan sağalıb.
Son 24 saatda COVID-19 səbəbindən Brazilyada 1038, Meksikada 741, Hindistanda 434 nəfər dünyasını dəyişib.