Tarixi gün: 86 ildən sonra Ayasofyada ilk dəfə namaz qılınacaq
24-07-2020, 12:00
Oxunub: 1 832
Bu gündən Ayasofya məscid kimi fəaliyyətini bərpa edir.
“Report” xəbər verir ki, tikildiyi tarixdən sonra 916 il kilsə, 1453-cü ildən 1934-cü ilədək (481 il) məscid, sonradan muzey olan Ayasofya yenidən məscid-muzey kimi fəaliyyət göstərəcək.
Türkiyə Nazirlər Kabinetinin 1934-cü il noyabrın 24-də verdiyi qərarı ilə Ayasofya məscid kimi fəaliyyətinin dayandırmış, muzey olaraq ziyarətçilərin üzünə açılmışdı.
İyulun 10-da Türkiyənin Dövlət Şurası (Danıştay) Ayasofyanın muzeyə çevrilməsi ilə bağlı ölkənin Nazirlər Kabinetinin 1934-cü ildə qəbul etdiyi qərarı ləğv edib. Eyni gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofyanın məscidə çevrilməsi haqqında fərman imzalayıb.
86 ildən sonra Ayasofya yenidən məscid kimi mömünlərin ixtiyarına verilib. İyulun 24-də məsciddə ilk Cümə namazı qılınacaq. Namaza Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və koalisiya ortağı, Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli ilə yanaşı daha 1 500 nəfər qatılacaq.
Məscidə giriş zamanı koronavirusa görə bütün qoruyucu tədbirlər görüləcək. Məscid-muzeyin 17 yerində 736 tibb işçisi fəaliyyət göstərəcək, habelə bir tibbi helikopter, 101 təcili tibbi yardım maşını cəlb ediləcək.
Məscidə İspartadan 20 ton gül suyu göndərlib.
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 5-02-2021, 18:14 : İlham Əliyevdən əmək pensiyalarının artırılması ilə bağlı SƏRƏNCAM
Gündəm
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 6-02-2021, 17:07 : Abdin Fərzəliyevdə “VURULDU” – icra başçısı vəzifəsinin yox , CANININ HAYIDADIR
Gündəm
- 5-02-2021, 15:20 : Prezident bu qanunu təsdiq etdi
Gündəm
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- 7-02-2021, 10:20 : İmişlidə Qarabağ veteranları və şəhid ailələri icra başçısından nədən şikayətçidir?-VİDEO
Gündəm
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər
- Bu gün, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 5-02-2021, 15:10 : Təhsil nazirimiz dəyişsə də məktəblərdəki biyabırçılıqlar dəyişməz olaraq qalır-Video
Xəbərlər