İstanbulda etirazçılarla polis arasında yeni toqquşmalar baş verib
2-06-2013, 09:20
Oxunub: 5 701
Taksim meydanında toplaşan aksiya iştirakçılarının böyük bir qrupu gecə saatlarında Beşiktaş meydanına irəliləməyə cəhd edib, lakin polis bunun qarşısını alıb. Bolgexeber.com –un Türkiyə KİV-lərə istinadən verdiyi xəbərə görə, nəticədə yürüş iştirakçıları ilə polis arasında toqquşma baş verib. Polis aksiyanı dağıtmaq üçün su şırnağı və gözyaşardıcı qazdan istifadə edib. Etirazçılar isə, öz növbəsində, polisi daş-qalaq edib.
Polisin müdaxiləsindən sonra aksiya iştirakçıları qruplara bölünərək ara küçələrə, Barbaros bulvarı, Çırağan sarayı və baş nazirin iqamətgahı olan Dolmabağça sarayı tərəfə istiqamətləniblər. Polis qüvvələri isə onları təqib etməyə başlayıb.
Aksiya iştirakçıları küçələrdə səki daşlarından və yerə döşənən daş plitələrdən istifadə edərək barrikadalar qurmağa başlayıb.
Bəzi etirazçılar ərazidə yerləşən iaşə və ticarət obyektlərinin şüşələrini qırıb, dükanlara zərər yetirib. Bu səbəbdən aksiya iştirakçıları ilə dükan sahibləri arasında da bir neçə toqquşma baş verib. İğtişaşlar zamanı bir polis maşını da yandırılıb.
Polis etirazçılara Ərdoğanın iqamətgahına yaxınlaşmağa imkan verməyib. Polis aksiya iştirakçılarını dağıtmaq üçün su şırnağı və gözyaşardıcı qazdan istifadə edib.
Baş vermiş toqquşmalarda xəsarət alan etirazçı və polislər xəstəxanalara çatdırılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər