Dünyanin ən yaşlı və yağıntılı meşəsi
2-05-2011, 15:35
Oxunub: 11 504
Tarixçilərə görə 130 milyon il yaşı olan Amazon meşələrindən də 70 milyon il yaşlı olan Borneodakı yağıntı çox düşən meşələrin, son 60 ildə 50 faizindən çoxu məhv edilib
Bolgexeber.com-un verdiyi məlumata görə, 743 min kvadrat kilometr sahəsi olan Borneo adası, dünyanın üçüncü böyük adasıdır. Adada, şimal və qərb tərəfindən Malayziyaya bağlı Sabah və Saravak əyalətləri ilə ikisinin arasında 400 min əhalisi olan Bruney sultanlığı və İndoneziyayanın tərkibində olan Kalimantan bölgəsi olmaqla üç ölkənin torpaqları yerləşir.
Əhalisi 18,5 milyon olan Borneoda yaşayanların əksəriyyəti müsəlmanlardır. Adanın dərinliklərində, yüksəkliyi 70 metrə çatan menqqaris ağaclarının arasında 15 min fərqli bitki növünə rast gəlinir.
Hər gün yeni bitki növləri və heyvanların kəşf edildiyi adada, yalnız son 25 il ərzində meşələrin 20 faizindən çoxu insanlar tərəfindən yox edilib. Qısa adı "WWF" olan Dünya Təbiətini Qoruma Təşkilatının məlumatlarına görə, Borneoda yağış meşələri sürətli şəkildə azalır. Xüsusilə adanın 72 faizini təşkil edən Kalimantan tərəfində 90-cı illərdən sonra meşə qətliamı baş verib. 1992-ci ilə qədər Kalimantanda yağış meşələrinin örtdüyü sahə 1 milyon 200 min hektar idi. Bu gün isə bu rəqəm 200 min hektardır.
Dünya Təbiətini Qoruma Təşkilatına görə, adanın daxilində vəziyyət heç də ürəkaçan deyil. 1950-ci ildə Borneonun 90 faizini yağış meşələri təşkil edərdi. Baş verən ağac qətliamından sonra bu nisbət 50 faizdən də aşağı düşüb.
Qeyd edək ki, Dünya Təbiətini Qoruma Təşkilatı gələcəyə dair ssenariləri isə ortaya daha dəhşətli bir fakt qoyub. Belə ki, 2020-ci ildə adanın meşə sahəsi 35 faizdən də az olacaq.
Hal-hazırda adanın ən böyük gəlir mənbəyi palma ağaclarıdır. Bio yanacaqdan kosmetik sənayeyə qədər bir çox sektorda istifadə edilən palma yağı istehsalçılığının Borneo iqtisadiyyatında əhəmiyyətli yeri var.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər