Tarkan Taksimə dəstək oldu
3-06-2013, 20:10
Oxunub: 5 676
Dünya şöhrətli türkiyəli sənətçi Tarkan Tevetoğlu İstanbuldakı Gəzinti Parkının dağıdılmasına etiraz edənlərə dəstək verib.
Tarkan iyunun 5-də İzmirdə keçirilməsi nəzərdə tutulan konsertini təxirə salıb.
Son illər Türkiyədə həyata keçirilən ekoloji layihələrə dəstək verən Tarkan açıqlamasında bildirib: “Yeddi ildir Təbiət Dərnəyi ilə birlikdə Anadolunun hər tərəfində təbiətin qorunması üçün mübarizə aparırıq. “Təbiət sənsən!” devizi ilə verəcəyim konsert bu mübarizənin zirvə nöqtələrindən biridir. Lakin hazırda təbiətin, cəmiyyətin və insanın hüquqları ilə bağlı qeyri-adi bir dönəm yaşayırıq. Daha əvvəl də dediyim kimi, sülhsevər duyğular və konstruktiv addımlarla bu dirənişin yanındayam. Belə həssas məqamlarda spontan yaranan bu hərəkatı dəstəkləməyin və bir-birimizə möhkəm sarılmağın daha önəmli olduğunu düşünürəm. Bu səbəblə “Təbiət sənsən!” konsertimi başqa tarixə ertələməyə qərar verdik. Təkcə İzmir konsertim yox, Ankara konsertim də təxirə salınır”.AzNews.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər